Yuxarı

Satışını banka həvalə etdi, avtomobilindən oldu - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Satışını banka həvalə etdi, avtomobilindən oldu - Video

Səidə Həsənova 2012-ci ildə bankların birindən 3 illik kreditlə avtomobil alıb. Avtomobilin ilkin ödənişi üçün 3000 manat, 24 ay ərzində isə ümumilikdə 18 min manat pul ödəyib. Daha sonra isə kreditin aylıq ödənişini edə bilmədiyindən avtomobili satmaq qərarına gəlib. Maşının dövlət nömrə nişanını itirdiyindən satışı bankın həyata keçirməsini istəyib və avtomobili banka təhvil verib.

Bank, faizlərin dondurulduğu haqqında müqaviləyə dəyişiklik edib və ən qısa zamanda avtomobilin satılacağına dair sənəd verib. Əldə edilən məbləğdən ümumi borc çıxıldıqdan sonra qalıq ona qaytarılmalı idi. 61 yaşlı Səidə Həsənova 2 ilə yaxındır nə avtomobilini, nə də pulunu bankdan ala bilib.

Mütəxəssislərə görə, bank Səidə Həsənovanın iştirakı ilə avtomobili başqa bir şəxsə satılmalı idi. Yaxud da məhkəmə qərarı ilə nəqliyyat vasitəsi ən yüksək məbləğdə hərraca çıxarılmalı, satış qiymətindən ümumi borc çıxdıqdan sonra qalan məbləğ şəxsə qaytarılmalı idi.

Bank mütəxəssisi Anar Ramazanov deyir ki, bu halda zərərçəkmiş məhkəməyə müraciət etməklə hətta təzminat da tələb edə bilər.

Axar.az Xezerxeber.com-un mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:

Tarix
2016.11.18 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla