Yuxarı

"Terror bəşəriyyətin ən qorxunc kabusudur" - Foto

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Terror bəşəriyyətin ən qorxunc kabusudur" - Foto

Noyabrın 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milli Dirçəliş Gününə həsr olunmuş "Terrorizmə yox deyək!" mövzusunda seminar keçirilib.

AzMİU-dan Axar.az-a bildiriblər ki, tədbirdə universitetin dekanı, texnika elmləri doktoru Tahirə Haqverdiyeva terrorun bəşəriyyətin ən qorxunc kabusu olduğunu və onun dünyanın bütün ölkələrinin üzərində dolaşdığını söyləyib. Azərbaycanın da erməni terrorizmindən əziyyət çəkdiyini deyən dekan günahsız insanların bu kabusun qurbanına çevrildiyini vurğulayıb.

Sonra dünyada və ölkəmizdə baş verən terror aktlarına həsr edilən videoçarx nümayiş olunub.

Digər çıxış edənlər terrorizmin tarixindən, terrorçu təşkilatların fəaliyyətindən danışıblar. Bildirilib ki, terrora ən çox məruz qalan respublikalardan biri də Azərbaycandır. Qeyd olunub ki, müasir dünyada 373 terror aktı törədilib, onlardan 32-si ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilib, 1500-dən çox vətəndaşımız terrorun qurbanı olub, 2000-dən çoxu isə xəsarət alıb.

Tədbir bədii hissə ilə davam etdirilib.

Tarix
2016.11.18 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla