Yuxarı

Terminallar təzə qəpikləri niyə qəbul etmir? - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Terminallar təzə qəpikləri niyə qəbul etmir? - Video

Parkomata və terminala yeni 20 qəpiklik sikkə atırsan, ancaq qəbul etmir.

Bu problem Bakıda quraşdırılan əksər parkomatlarda və BakıKart terminallarında yaşanır. Problemi yoxlamaq üçün Xətai rayonu Nobel prospektində quraşdırılmış parkomatlardan birinə yaxınlaşdıq. Parkomata bir ədəd köhnə, bir ədəd isə yeni qəpik atdıq. Aparat köhnə qəpiyi qəbul etsə də, yenisini qəbul etmədi.

Nəzarətçilərin sözlərinə görə, sürücülər bu problemlə qarşılaşdıqda köhnə qəpiklərdən seçib vermək məcburiyyətində qalırlar. Bu isə həm onların, həm də sürücülərin işini çətinləşdirir.

Eyni problem BakıKart terminallarında da yaşanır. Xüsusilə də metrodan sitifadə edənlər çətinlik çəkirlər.

Parkomatlardan məsul olan Bakı şəhər İcra Hakimiyyətinin Xususi Təyinatlı Avtonəqliyyat İdarəsi ənənəvi şəkildə məsələyə münasibət bildirmədi.

Bakı Nəqliyyat Agentliyindən isə problemdən xəbərdar olduqlarının dedilər. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, BakıKart terminallarının yaddaşı uzun müddət köhnə qəpiyi yadda saxladığından hazırda dövriyədə olan təzə qəpiklərin tanınmasında problemlər ortaya çıxır. Yaxın 3 gün ərzində problem aradan qaldırılacaq.

Axar.az Xəzər Xəbər-in mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Tarix
2016.11.10 / 00:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla