Yuxarı

Taksi sürücülərinə vaxt verildi

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taksi sürücülərinə vaxt verildi

Bakıda taksilərə fərqlənmə nişanlarının verilməsi ilə bağlı artıq kifayət qədər iş görülüb.

Axar.az xəbər verir ki, bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, Bakıda taksi xidməti göstərən 15 minə qədər fiziki şəxs var: "Artıq 8500-ə qədər taksi xidməti göstərən şəxs fərqlənmə nişanının alınması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət edib və fərqlənmə nişanı əldə ediblər. Göründüyü kimi taksi xidməti göstərən şəxslərin çoxu fərqlənmə nişanı alıb".

N.Allahyarova deyib ki, Bakıda fəaliyyət göstərən taksilərlə bağlı hələ ki, ciddi qərarlar qəbul edilməyib: "Taksi xidməti göstərən şəxslərə gəlir əldə etdikləri sahədə həmin xidməti daha da təkmilləşdirmək üçün vaxt verilib. Fərqlənmə nişanın verilməsi qaydaları da çox rahatlaşdırılıb. Əvvəllər taksilər bir neçə orqana rüsum ödəyirdi, amma indi cəmi 18 manat ödəməklə fərqlənmə nişanı əldə edirlər. Hələ çalışırıq bir neçə ay fərqlənmə nişanının verilməsini təşviq və təmin edək. Taksi sürücüləri də agentlik yaranmazdan əvvəlki vəziyyətdən əziyyət çəkdikləri üçün çox narahatdırlar. Ancaq indi vəziyyət düzəlib, fərqlənmə nişanı almaq çox asanlaşıb. Bir neçə ay sonra Dövlət Yol Polisi ilə birgə monitorinqlər keçiriləcək və fərqlənmə nişanı olmayan taksilərlə bağlı tədbirlər görüləcək".

Tarix
2016.11.19 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla