Yuxarı

Nazirlik elektrobus alır

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik elektrobus alır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Gəncə Avtomobil Zavodu" İB-nin istehsal edəcəyi elektrobuslara maraq göstərir.

Bunu Trend-ə zavodun marketinq və servis üzrə direktoru Konstantin Barabanov deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov avtobus modelini nəzərdən keçirib və nəticədən razı qalıb. K.Barabanov nazirliyin bir neçə avtobus almağa hazır olduğunu deyib.

Qeyd edək ki, Gəncə Avtomobil Zavodunda 2017-ci ilin yanvarından "Eurabus" elektrik avtobuslarının yığılmasına başlayacaq.

"Gəncə Avtomobil Zavodu" İB-nin müşahidə şurasının sədri Xanlar Fətiyevin sözlərinə görə, zavodun ilkin istehsalat gücü ildə 350-400 avtobus olaraq planlaşdırılıb.

Almaniyanın "Eurabus" şirkətinin baş direktoru Kristian Zayts iki şirkət arasında müqavilənin yaxın iki ay ərzində imzalanacığını deyib.

O, artıq ilk elektrobusun test sınağından keçirildiyini də deyib. Gəncədə yığılacaq elektrobusların xarici ölkələrə, xüsusilə Gürcüstana ixrac olunması da planlaşdırılır.

Tarix
2016.11.19 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla