Yuxarı

Sumqayıtda dini mağazalarda reyd keçirildi

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda dini mağazalarda reyd keçirildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi ilə birgə dini təyinatlı ədəbiyyatın, mal və məmulatların satışı ilə məşğul olan mağazalarda reyd keçirib.Reydlər Sumqayıt şəhərində dini ədəbiyyatların satışı ilə məşğul olan 9 mağazanı əhatə edib.

Axar.az xəbər verir ki, komitənin məlumatına görə, baxış keçirilən mağazalarda onların icazəsi olmadan dini təyinatlı ədəbiyyat, mal və məmulatların satışı aşkarlanıb. Mağazaların lisenziyası olmadan fəaliyyət göstərmələri də müəyyən edilib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq sənədləşmə aparılıb.

Mağazalardan həmçinin satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ümumilikdə 328 ədəd ədəbiyyat və 315 ədəd DVD aşkar edilərək götürülüb.

Mağaza sahibləri ilə müvafiq profilaktik söhbətlər aparılıb.

Komitənin məlumatında qanun pozuntularının aşkarlandığı bildirilən mağazaların adları açıqlanmır.

Tarix
2016.11.19 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla