Yuxarı

Baş Prokurorluq: "Bakının təcrübəsi nəzərə alınıb"

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş Prokurorluq: "Bakının təcrübəsi nəzərə alınıb"

Fransanın Strasburq şəhərində Avropa Şurası nəzdində fəaliyyət göstərən Avropa Prokurorlarının Məşvərətçi Şurasının 11-ci plenar iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, iclasda keçən ilin noyabrından ötən bir il ərzində müxtəlif beynəlxalq tədbirlərdə qurumun fəaliyyətinin işıqlandırılmasına nəzər yetirilib. Həmçinin 2006-cı ildən bugünədək Məşvərət Şurasının qəbul etdiyi 10 rəyin Avropa Şurasına üzv dövlətlərin rəsmi dillərinə tərcümə edilməsi məsələsi müzakirə olunub.

Plenar iclasda Şuranın sayca 11-ci Rəyi müzakirə olunub və bəzi müddəalar üzrə Azərbaycanın müsbət təcrübəsi nəzərə alınaraq qəbul edilib. "Xüsusilə terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə çağırışlarında prokurorların işinin keyfiyyəti və səmərəliliyi" adlanan sənəddə prokurorların ümumi fəaliyyəti, hüquqi çərçivə və milli təcrübə, insan qaynaqlarının idarəolunması, o cümlədən prokurorların işə qəbulu, vəzifədə irəli çəkilmə, ixtisasartırma məsələləri, prokurorluq orqanlarında işin təşkili, vəzifə bölgüsü, prokurorların fəaliyyətinin qiymətləndirilməsi, etik qaydalar, obyektivlik, qərəzsizlik, məlumat mübadiləsi və əməkdaşlıq, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə prokurorların fəaliyyətinin keyfiyyəti, səmərəliliyi və s. məsələlər əksini tapıb.

Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsinin rəisi, Azərbaycanın Məşvərətçi Şuradakı nümayəndəsi Erkin Əlixanov sənədin müzakirəsi zamanı ölkəmizdə prokurorluq orqanlarında aparılmış geniş institusional islahatlar, o cümlədən beynəlxalq əməkdaşlıq, kadr siyasəti, qəbul edilmiş normativ-hüquqi aktlar, Baş Prokurorluq üzrə müxtəlif sahəvi əmrlər, prokurorluq işçilərinin etik davranış kodeksi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Şuranın prezidenti Sedrik de Bokarmenin səlahiyyət müddəti başa çatdığından Piter Makkormik (İrlandiya) növbəti bir il müddətinə Məşvərətçi Şuranın prezidenti, Xose Manuel Santos Pais (Portuqaliya) isə vitse-prezidenti seçiliblər.

Tarix
2016.11.21 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla