Yuxarı

350-dən çox texnika hazır vəziyyətə gətirildi - Foto

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
350-dən çox texnika hazır vəziyyətə gətirildi - Foto

"Azəravtoyol" ASC-nin qış mövsümündə avtomobil yollarına, prospekt və küçələrinə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizm hazır vəziyyətə gətirilib.

ASC-dən Axar.az-a verilən məlumata görə, ümumilikdə Bakı şəhərinin qış mövsümündə küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd, respublikanın avtomobil yollarına isə xidmət məqsədi ilə 669 ədəd yol texnikası, maşın və mexanizm saz vəziyyətə gətirilib. Sözügedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədi ilə lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyatı toplanıb.

Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri də avam etdirilir. Bunun üçün 2 min ton texniki duzun alınması təmin olunub, yaxın günlərdə isə daha 2 min ton duzun alınması nəzərdə tutulub.

ASC-nin tabeliyində olan MMC-lər tərəfindən də tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatı toplanıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyatlar yığılıb.

Payız-qış mövsümünə hazırlıq məqsədi ilə "Azəravtoyol" ASC tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanları aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri davam etdirilir.

Tarix
2016.11.21 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla