Yuxarı

DQDİK sədri Nukenovla görüşdü

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
DQDİK sədri Nukenovla görüşdü

Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qazaxıstanın vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Abzal Nukenovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Mübariz Qurbanlı Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edib, dini məsələlərlə bağlı ölkələrimizin müvafiq qurumlarının əməkdaşlığının zəruri olduğunu vurğulayıb.

Dövlət Komitəsi barədə qonaqlara geniş məlumat verən M.Qurbanlı ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşıldığını, dövlət tərəfindən islam və qeyri-islam dini icmalarına mütəmadi maliyyə yardımı göstərildiyini bildirib. Prezident İlham Əliyev tərəfindən ayrı-ayrı dini icmalara münasibətdə heç bir fərqin qoyulmadığını önə çəkən Komitə sədri məhz bu münasibətin sayəsində Azərbaycanın zəngin tolerantlıq və multikultural dəyərlərinin qorunduğunu deyib.

Dövlət Komitəsinin səlahiyyətlərindən danışan Mübariz Qurbanlı Komitənin dövlətin din siyasətini həyata keçirdiyini, din sahəsində qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət etdiyini bildirib. O, həmçinin Dövlət Komitəsinin dini radikalizmə qarşı həyata keçirdiyi mübarizə tədbirlərindən danışıb.

Azərbaycan ilə dostluq əlaqələrindən məmnunluqlarını bildirən Qazaxıstanın vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Abzal Nukenov Azərbaycanın din siyasətinin, dini radikalizmlə mübarizə sahəsində təcrübəsinin dərindən öyrənilməsində maraqlı olduqlarını bildirib. Qazaxıstanda adıçəkilən nazirliyin bir neçə aydır yarandığını deyən qonaq fəaliyyətlərinin qurulmasında Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. İki ölkənin din siyasətini həyata keçirən qurumlar arasında əlaqələrin möhkəmlənməsinin vacibliyindən və birgə tədbirlərin keçirilməsindən bəhs edilib.

Tarix
2016.11.22 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla