Yuxarı

DBNX-dən saxta Çin yumurtası ilə bağlı açıqlama

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
DBNX-dən saxta Çin yumurtası ilə bağlı açıqlama

2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana yumurta idxal olunmayıb.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.

Xidmətin məlumatında bildirilir ki, ölkəyə idxal edilən bütün növ heyvan, heyvan mənşəli, eləcə də quş əti və quşçuluq məhsulları Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirildikdən sonra həmin məhsulların istifadəsinə icazə verilir: "Kütləvi informasiya vasitələrindən və əhalidən xahiş edirik ki, süni yumurtanın mövcud olması və satışı ilə bağlı kimdə məlumat, fakt olarsa, bu barədə dərhal Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) "qaynar xətt"inə, eləcə də xidmətin (012) 562-18-76, (012) 440-84-50 nömrəli telefonlarına məlumat versinlər. Xidmət bu faktı kütləvi informasiya vasitələrinin və əhalinin iştirakı ilə araşdırmağa hazırdır".

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bir bildirir ki, Xidmət tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar heyvandarlıq məhsullarının, o cümlədən quş əti və yumurtanın idxalına və istifadəsinə ciddi nəzarət olunur.

Tarix
2016.11.24 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla