Yuxarı

Geomaqnit həyəcan yüksək səviyyədədir

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Geomaqnit həyəcan yüksək səviyyədədir

Hazırda Günəşin səthində 11 ləkə və 1 fəallıq qrupu (ləkələr toplusu – AR) müşahidə olunur.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev APA-ya bildirib ki, diskin kənarına yaxın yerləşən aktiv region - AR 2612 mürəkkəb maqnit konfiqurasiyasına malik olsa da, güclü alışmanın baş vermə ehtimalı çox aşağıdır. Onun sözlərinə görə, bir azdan bu aktiv region Günəşin fırlanması səbəbindən görünən diskin mərkəzinə keçəcək və o, "geoeffektiv" olacaq:

"Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 4-dür (maksimum 9 olur) və bu, artıq G1 səviyyəli geomaqnit qasırğası deməkdir. Bu gün və sabah geomaqnit həyəcanlanmasının yuxarı səviyyədə qalacağı gözlənilir. Səbəb isə Günəş səthində yeni formalaşmış iri "tac dəliyi"dir. "Tac dəlikləri" demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir. Buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir, Yer maqnitosferini həyəcanlaşdırır və geomaqnit qasırğalarına səbəb ola bilir".

E.Babayev vurğulayıb ki, bu günlərdə insanlara daha çox təsir edəcək faktorlar atmosfer təzyiqinin (778 mm c.s.) və temperaturun kəskin dəyişmələri və kosmik havanın şıltaqlığıdır.

Tarix
2016.11.24 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla