Yuxarı

İpoteka almaq istəyənlərə şad xəbər - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
İpoteka almaq istəyənlərə şad xəbər - Video

Növbəti ilin əvvəlindən Azərbaycanda ipoteka kreditlərinin verilməsi bərpa edilə bilər. Artıq ipoteka kreditləri üzrə məlumatların qəbuluna başlanılıb. Üstəlik belə kreditlərin maksimum məbləği 100 min manatadək olacaq.

Bir müddətdir dayandırılmış ipoteka kreditləri yenidən verilməyə başlanır. İpoteka fondu internet portalı vasitəsi ilə müraciətlərin qəbuluna başlayıb. İqtisadçılar bildirir ki, ipoteka kreditlərin gələn ilin əvvəlindən bərpa ediləcək.

İqtisadçı Rəşad Həsənov bildirir ki, Mənzil İnşaatı dövlət agentliyinin tikdiyi sosial evlərin də ipoteka kreditləri əsasında vətəndaşlara verilməsi bu sahədə canlanma yaradacaq. Üstəlik 2017-ci ilin dövlət büdcəsində məhz ipoteka kreditlərin üçün 5o milyon manat ayrılması nəzərdə tutulur ki, bu belə kreditlərin sayını artıracaq. İpoteka kreditləri verəcək bankların sayı isə azaldılıb.

İpoteka kreditləri əvvəlki kimi ilkin ödəniş 25-30 faiz, illik 8 faiz olmaqla maksimum 25 il müddətinə olacaq. Güzəştli ipoteka isə ilkin ödəniş 15 faiz, illik 4 faiz olmaqla 30 il müddətinə veriləcək.

Bu gün Prezident İlham Əliyev də elektron hökumət portalında elektron ipoteka sisteminin yaradılması əlaqədar fərman imzalayıb.

Xezerxeber.com

Tarix
2016.11.24 / 23:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla