Yuxarı

Şamaxıda fləşmob keçirildi - Foto

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamaxıda fləşmob keçirildi - Foto

Bu gün Qobustan rayonunun Gənclər Mərkəzində “Qadınların hüquq mədəniyyətinin formalaşması və inkişafı” adlı seminar keçirilib.

Müasir Qadın və Cəmiyyət İctimai Birliyindən Axar.az-a verilən məlumata görə, seminarı təşkilatın rəhbəri Fidan Maqsudova açaraq layihənin əhəmiyyətindən və hüquq mədəniyyətinin insanlar üçün önəmindən danışıb.

“Hüquqi mədəniyyət - hüquqi dövlətdə hüquqi qaydaların möhkəmləndirilməsinə, vətəndaşlarda qayda-qanunlara əməl etmək vərdişi aşılamağa xidmət edir, insanları da qanunların aliliyinə riayət etmək ruhunda tərbiyələndirir. Qanunvericilikdə öz əksini tapmış məsələlər nə qədər məntiqli və əsaslı olsa da, çox vaxt praktikada tətbiq olunmur və hiss olunmadan dondurulur. Vətəndaşlarımız elementar səviyyədə hüquqi biliklərə malik olmalıdırlar ki, bu biliklər əsasında hüquqi mədəniyyətləri formalaşsın”, - qurum sədri qedy edib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə nəşr olunan kitab və bulketin təqdimatı keçirilib. Seminarı təlimçi ekspertlər davam etdirdi.

Seminar-müşavirədə Qobustan gəncləri ilə yanaşı tanınmış ziyalılar, Təhsil Nazirliyinin nümayəndələri, yerli İcra Hakimiyyətinin təmsilçiləri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Müasir Qadın və Cəmiyyət İctimai Birliyinin regionlarda “Qadınların hüquq mədəniyyətinin formalaşmasına və inkişafına dair maarifləndirilmənin mətbuatda və sosial mediada təbliği“ adlı layihəsi çərçivəsində Şamaxı rayonunda ilk dəfə keçirilən “Hüquq mədəniyyətimiz” adlı fləşmob və rəsm sərgisi də nümayiş olunub.

Tarix
2016.11.25 / 23:13
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla