Yuxarı

Tarif Şurasının qərarı alqışlanmalıdır - Deputat

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarif Şurasının qərarı alqışlanmalıdır - Deputat

Tarif (qiymət) Şurasının elektrik enerjisi və təbii qazdan istifadəyə görə tətbiq edilən limitlərə yenidən baxması gözlənilən idi.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Tarif Şurasının yeni qərarı həqiqətən də istehlakçıların xeyirinə işləyir:

"Tarif Şurasının əvvəlki qərarında istifadə edilən elektrik enerjisi və qaza görə limitin az olması istehlakçıları narahat edirdi. Seçicilərimlə görüşdə onlar da bu məsələ ilə bağlı mənə müraciət edirdilər. Əhali əvvəlki limitdən artıq elektrik enerjisi və təbii qaz istifadə etdiyini bildirirdi. Gözləyirdik ki, Tarif Şurası bu qərarla bağlı dəqiq araşdırma aparsın və limitlərə yenidən baxsın".

E.Nəsirov əlavə edib ki, bu, müsbət qərardır və alqışlanmalıdır: "Xüsusilə qış mövsümündə bu limit istehlakçılar üçün az idi. İndiki qərar daha məntiqlidir. Çox istərdim ki, Tarif Şurası belə qərarları qəbul edərkən problemi dərindən araşdırsın".

Tarix
2016.12.22 / 21:11
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla