Yuxarı

Aydın Əliyev Sivonqksai ilə görüşdü - Foto

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aydın Əliyev Sivonqksai ilə görüşdü - Foto

Yanvarın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev “Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının Konteyner Daşımalarına Nəzarət Qlobal Proqramı” çərçivəsində Azərbaycan Respublikasına işgüzar səfərə gələn Laos Xalq-Demokratik Respublikası (LXDR) Maliyyə Nazirliyinin Gömrük Departamentinin baş direktor müavini Somphet Sivonqksainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az Dövlət Kömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Laos Xalq-Demokratik Respublikasının iqtisadiyyatınkonkret sahəsi üzrə ilk rəsmi nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, gömrük orqanları vasitəsilə yaradılan bu ilk əməkdaşlıq əlaqələrinin hər iki ölkənin digər sahələrdə də qarşılıqlı münasibətlərinin yaradılması işinə böyük töhfə verəcəyinə ümidlə baxdığını bildirib.

DGK sədri Aydın Əliyev Azərbaycan gömrüyünün 25 il əvvəl yaranmasına baxmayaraq qısa müddət ərzində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. Komitə sədri hazırda Ümümdünya Gömrük Təşkilatı və gömrük sahəsində ixtisaslaşan digər beynəlxalq qurumların Bakıda aktiv fəaliyyət göstərən ofis və nümayəndəliklərinin mövcud olduğunu bildirib və bunu Azərbaycan gömrük orqanlarının işgüzar və səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirib. Komitə sədri Azərbaycan gömrük orqanlarının fiskal siyasət, narkotik maddələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə və digər sahələrdə əldə etdiyi nailiyyətlər barədə qonaqları məlumatlandırıb, təcrübə mübadiləsinin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin iki ölkənin gömrük orqanlarına fayda verəcəyini vurğulayıb.

Aydın Əliyev səfərin Azərbaycan gömrüyünün 25 illik yubiley tədbirləri ilə eyni vaxta təsadüf etməsinin sevindirici hal olduğunu və nümayəndə heyətinin Azərbaycan xalqının tarixi , mədəniyyəti haqqında da məlumat əldə edəcəyini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Laos Xalq-Demokratik Respublikası (LXDR) Maliyyə Nazirliyinin Gömrük Departamentinin baş direktor müavini Somphet Sivonqksai ölkəsinin gömrük orqanlarının strukturu, fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Azərbaycan gömrük xidməti ilə əməkdaşlıq əlaqələrinin qurulması və qarşılıqlı təcrübə mübadiləsinin ölkəsi üçün faydalı olacağını bildirən S. Sivonqksai Azərbaycanda gömrük sahəsində fəaliyyət göstərən təlim mərkəzlərinin təcrübəsinin bu istiqamətdə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra qonaqlar Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinə baxış keçirib, Mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.

Tarix
2017.01.25 / 19:12
Müəllif
Axar.az
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla