Yuxarı

Bu yolda sürücülər cərimələnə bilməz - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yolda sürücülər cərimələnə bilməz - Video

Hazırda aeroport şossesinin bir neçə yerində quraşdırılan radarlar vasitəsilə hər gün onlarla sürücü cərimələnir. Mütəxəssislər isə bu radarlarla sürücülərin cərimələnməsini qanunsuz hesab edir və bu radarlara əsasən tərtib edilən protokolların silinə biləcəyini bildirir. Çünki həmin radardarlardan əvvəl heç bir xəbərdaredici nişan quraşdırılmayıb və bu hal yol hərəkəti haqqında qanuna ziddir.

Xəzər xəbər məlumat verir ki, sürətli yolun bir neçə yerində radarlar quraşdırılsa da, mütəxəssislər bu radarları qanunsuz hesab edir. Çünki radarlar quraşdırılarkən yol hərəkəti haqqinda qanunun tələbləri pozulub. Söhbət hər gün minllərlə avtomobilin hərəkət etdiyi paytaxtdakı aeroport şossesindən gedir.

Bu yolda sürət həddi yol nişanı ilə yox, elektron tablolarla göstərilir ki, belə tablolar radardan əvvəl yox, radarlarla bir yerdə qoyulub.

Yol hərəkəti üzrə mütəxəssis Tural Yusifov bildirir ki, bu yolda sürücülərin avtomobili yüksək sürətlə idarə etməsi tövsiyyə olunmasa da, onlar bu yolda xəta etdiyi üçün tərtib edilən protokol silinə bilər.

Eyni hal Zığ şossesində quraşdırılan bəzi radarların ətrafında da yaşanır.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, radarlar quraşdırılarkən bütün normalara əməl edilir. Əgər sürücülərin şikayəti varsa, yol polisinə müraciət edə bilərlər.

Tarix
2017.01.26 / 01:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla