Yuxarı

“Nar” 3G və 4G-ni genişləndirməyə davam edir

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” 3G və 4G-ni genişləndirməyə davam edir

“Nar” abunəçilərin rahat və kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir.

Axar.az xəbər verir ki, abunəçilərin artmaqda olan internetdən istifadə tələblərinin qarşılanması üçün ölkə ərazisində 2272 sayda 3G və 614 ədəd 4G (LTE) baza stansiyası quraşdırılıb. Beləliklə, “Nar” 5916 ədəd baza stansiyası ilə öz istifadəçilərinə ölkədəki ən böyük mobil rabitə şəbəkələrindən birini təqdim edir.

Bundan əlavə, “Nar” operatorunun gücləndirilmiş və genişləndirilmiş 4G (LTE) şəbəkəsinin istifadəçilərinin sayı dinamik şəkildə artmaqda davam edir. Hazırda “Nar” LTE şəbəkəsindən faydalanmış istifadəçilərin ümumi sayı 120 000-dən çoxdur.

“Nar” öz genişləndirilmiş şəbəkəsi ilə hər bir abunəçinin tələblərinə uyğun olan müxtəlif tariflər və internet paketləri təklif edir. Abunəçilər sərfəli qiymətlərlə daha çox çeşidli mobil rabitə və internet xidmətlərindən istifadə edə bilirlər. Mobil operator tamamilə yeni “3-ü 1-də aylıq” tarifini bir müddət öncə təqdim edib. Bu tarifə qoşulan istifadəçilər elə həmin andan etibarən ölkədaxili bütün istiqamətlərə 300 dəqiqə, 300 SMS və 900 MB internet trafiki əldə edirlər.

“3-ü 1-də aylıq” tarifi və mobil operatorun internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Tarix
2017.01.26 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla