Yuxarı

Təhsil haqqı: vergini də tələbələr ödəyəcək?

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhsil haqqı: vergini də tələbələr ödəyəcək?

Ali təhsil müəssisələrinin maliyyələşdirilməsini şəffaflaşdırmaq məqsədi ilə özəl ali məktəblərin tələbələrinin də təhsil haqqını banklara ödəməsinə qərar verilib. Tələbələr isə təhsil haqqı ödənilən zaman əlavə bank xərclərini kimin qarşılayacağı ilə maraqlanırlar.

Axar.az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bu məsələni dövlət ali təhsil müəssisələri ilə bankların öz aralarında həll etdiyini, özəl universitetlərdə isə vəziyyətin bir qədər fərqli olduğunu bildirib:

“Dövlət ali təhsil müəssisələrinə tələbə ödənişli əsaslarla qəbul olduqdan sonra, qəbul olduğu universitetdə qeydiyyatdan keçməyə getdikdə ona universitetin bank hesabı verilir və tələbə təhsil haqqını o hesab nömrəsinə ödəyib ödəniş qəbzini qeydiyyat şöbəsinə təqdim edir. Ali təhsil müəssisələrinə təhsil haqlarının ödənilməsi qaydalarına görə, tələbələr təhsil haqqı ödəyən zaman onlardan hansısa bank xərcləri tutula bilməz. Bu, universitetlə bank arasında həll olunan bir məsələdir. Lakin özəl ali təhsil müəssisələrində bu məsələ bir az fərqlidir. Özəl ali məktəblərdə təhsil alan tələbələr əvvəl təhsil haqqını universitetin xəzinədarlığına ödəyirdilər. Gələn ildən etibarən isə banklara ödəyəcəklər”.

Ekspert özəl universitet tələbələrinin ödəniş edən zaman məbləğə uyğun olaraq xidmət haqqını özlərinin ödəməli olduğunu qeyd edib:

“Özəl universitetlər ancaq müəyyən edilmiş təhsil haqqı ödənilən qəbzi tələbədən aldıqdan sonra onun bir illik borcunu yerinə yetirilməsi kimi qiymətləndirir. Bu zaman məbləğə uyğun olan xidmət haqqı yəqin ki, tələbələrin özləri tərəfindən ödənəcək”.

“Xalq Bank”ın “Neftçilər filialı”ndan isə bildirilib ki, onlar sadəcə ödənilən məbləği qəbul edib, hesaba köçürürlər:

“Biz bank olaraq ödənilən məbləği universitetin hesabına köçürürük. Onun vergisinin necə tutulduğunu biz müəyyən etmirik”.

Xəzər Universitetindən isə tələbənin yalnız təhsil haqqını ödəməli olduğunu, başqa bir öhdəliyinin olmadığını bildiriblər.

Tarix
2017.01.27 / 09:09
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla