Yuxarı

"Müavinətlərlə bağlı narazılıqlar olarsa, reaksiya veriləcək"

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Müavinətlərlə bağlı narazılıqlar olarsa, reaksiya veriləcək"

Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı çox vacibdir. Artıq bununla bağlı geniş müzakirələr gedir. Biz də dəqiqləşdirmələrimizi aparırıq.

APA-nın məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov qeyd edib ki, aylıq sosial müavinətlərlə təmin olunacaq və olunmayacaq şəxslərin siyahısı dəqiqləşdirilir: "Nazirlər Kabinetinin qərarında bunlar detallı şəkildə əksini tapıb. Təbii ki, narazı olanlar da var. Narazılıqlar əsaslı olarsa, dərhal reaksiya veriləcək", - deyə o bildirib.

Xatırladaq ki, ölkə başçısının imzaladığı fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Tarix
2017.01.27 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla