Yuxarı

Əmanətlərini götürə bilməyənlər nə etməldir? - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin "Günün ardınca" verilişində məsələ ilə bağlı reportaj yayımlanıb.

Ölkədə bank sektorunun fəaliyyəti ilə hamı maraqlanır. Az adam tapmaq olar ki, onun banka işi düşməsin. Yaranan problemlərin də sayı az deyil. Həmin problemlərin səbəbkarı isə bəzən vətəndaşlar, bəzən də banklar olur.

Əhalidə ən çox maraq doğuran məsələlərdən biri banklardakı əmanətlərlə bağlıdır. Çalışacağıq ki, əmanətlər haqda sizi daha dolğun məlumatlandıraq. Əmanətlər iki cür olur: qorunan və qorunmayan əmanətlər. Bu əmanətlər bir-birindən faiz dərəcəsinə görə fərqlənir.

Azad Cavadov (ƏSF-nın icraçı direktoru): "Əgər əmanət bir neçə milyon olsa belə 15 və daha aşağı faizlə qoyulubsa, bu əmanət qorunan əmanət sayılır və buna görə kompensasiya ödənilir".

Əgər vətəndaş əmanəti bir neçə il əvvəl, faiz dərəcəsinin aşağı olan vaxtında və dollarla qoyubsa bu zaman onun qaytarılması fərqli formada həyata keçirilir.

Bir vacib məsələni də diqqətdə saxlamaq lazımdır. Belə ki, əmanətçinin bankda yalnız bir valyuta ilə hesabı olmalıdır. Əgər əmanətçinin bankda həm digər məzənnə, həm də manatla əmanəti varsa, əmanət ona manatla qaytarılır. Məsələn, əmanətçinin əgər yalnız dollarla əmanəti varsa, o, öz əmanətini dollarla geri alır.

Son zamanlar əmanətçilərin öz əmanətlərini geri ala bilməmələri ilə bağlı şikayət xəbərlərinin çoxaldığını müşahidə olunur. Ekspertlər bu problemi vətəndaşların öz əmanətlərini çıxarmaq üçün banklara kütləvi axın etmələri ilə bağlıyırlar.

Ekspert Rəşad Həsənov həm də hesab edir ki, əmanətlərin qaytarılmaması probleminin sadə səbəbi olduğundan bu müvəqqəti bir problemdir: “Hər kəs əmanətini digər valyutalara keçirmək istəyir. Manatın növbəti günlərdə dəyərsizləşəyi riskindən dolayı banklar öz vəsaitlərinin aktivlərinin böyük bir qismini xarici valyutaya çeviriblər. Bu baxımdan banklar manatla olan əmanətləri geri qaytarmaqda çətinlik çəkirlər”.

Ekspert Vüqar Bayramov isə hesab edir ki, öz əmanətlərini vaxtından əvvəl geri götürmək istəyən vətəndaşlar var ki, onların əmanətlərinin qaytarılmasının yubanması normal haldır: “Vaxtından əvvəl geri götürürsə, əgər banka 1 həftə vaxt verməlidir ki, bank həmin vəsaiti tapıb toplasın. Əmanətin məbləği böyük olanda da banka xəbər vermək lazımdır”.

Əmanətçilərin Sığortalanması Fondundan isə bildirirlər ki, bu gün əmanətlərin qaytarılmasında problemin olmasından söhbət belə gedə bilməz: “Hal-hazırda sığorta hadisəsi üzrə ümumilikdə 722 milyon vəsait ödənilib. Və 31 milyon vəsait qalıb. Hansı ki konpensansiya olunub, amma vətəndaşlar gəlib vəsaitlərini götürməyiblər”.

İnanırıq ki, əmanətlər haqda müəyyən qədər məlumat verə bildik. Banklara əmanət qoyarkən müqavilə şərtlərini diqqətlə oxuyun və sonra imzalayın. Böyük problemlərin kökü elə məhz şərtləri oxumamaq ucbatından baş verir.

Tarix
2017.01.27 / 19:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla