Yuxarı

Statistika Komitəsi ilə Dünya Bankı arasında görüş - Foto

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Statistika Komitəsi ilə Dünya Bankı arasında görüş - Foto

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Dünya Bankı ilə əməkdaşlığı çərçivəsində 2018-2030-cu illəri əhatə edən statistikanın inkişafı üzrə milli strategiyanın və orta müddətli fəaliyyət planının (2018-2022-ci illər) hazırlanması müzakirə edilib.

Dövlət Statistika Komitəsindən Axar.az-a bildirilib ki, müzakirələr komitənin sədri Tahir Budaqovun yanvarın 30-da Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Dünya Bankının dövlət sektoru üzrə baş mütəxəssisi Qreqori Kisunko, Azərbaycan Nümayəndəliyinin Əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlı və digərlərinin iştirak etdiyi görüşdə Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların inkişafı, iqtisadiyyatın şaxələndirilməsi barədə ətraflı məlumat verib.

Azərbaycan statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən danışan Tahir Budaqov Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunan Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Dövlət Statistika Komitəsinin üzərinə düşən vəzifələr və nəzərdə tutulan tədbirlərdən bəhs edib.

Komitə sədri davamlı iqtisadi inkişafa nail olunmasında və onun saxlanılmasında dəqiq statistikanın vacibliyini vurğulayıb, Dövlət Statistika Komitəsinin nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı ilə fəal əməkdaşlıq etdiyini qeyd edib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri N.Naqvi Dövlət Statistika Komitəsinin bank ilə fəal əməkdaşlıq etdiyini yüksək qiymətləndirdiyini qeyd edib. Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında perspektivlərdən danışan N.Naqvi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bildirib.

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində 2018-2030-cu illəri əhatə edən statistikanın inkişafı üzrə milli strategiyanın və orta müddətli fəaliyyət planının (2018-2022-ci illər) hazırlanması, Dövlətstatkomun kadr potensialının gücləndirilməsi layihəsi müzakirə olunub.

Tarix
2017.01.30 / 19:35
Müəllif
Axar.az
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla