Yuxarı

Astananın Bakı ilə bağlı bu niyyəti var - Qazaxıstan

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin İnvestisiya və İnkişaf Nazirliyinin Turizm Sənayesi Departamentinin direktoru Marat İqaliyevlə görüşüb.

Report xəbər verir ki, danışıqlardan sonra İqaliyev Qazaxıstanın Azərbaycanla turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.

"Biz iki ölkənin turizm sahəsində inkişaf və qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik. Azərbaycanda turizm son illər yaxşı inkişaf edir. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində "odlar yurdu"nu ziyarət edən turistlərin sayı 1,7 milyon nəfərə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə turistlərin sayı 169 min 430 nəfərə və ya 10,9 faizə çatıb", - deyə o öz Feysbuk səhifəsində yazıb.

İqaliyev, eyni zamanda qeyd edib ki, Qazaxıstandan Azərbaycana gedən turistlərin sayında 17,2 faiz artım olub. Onun sözlərinə görə, Azərbaycan tərəfi Astanaya gələn turistlərin sonra onların da ölkəsini ziyarət edə bilməsində maraqlıdır.

"Öz növbəsində, onlar öz ölkələrinə gələn turistlərin sonradan Qazaxıstana yönləndirilməsi üzrə işləməyə hazırdırlar", - deyə Marat İqaliyev bildirib.

Tarix
2017.02.05 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla