Yuxarı

AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin!

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçün “Payız gəlmədən endirimi gəldi!” adlı yeni kampaniyaya start verib. Endirim kampaniyasından yararlanmaq üçün onlayn bilet alışı zamanı “FLY25” promokodundan istifadə etmək kifayətdir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən, sərnişinlər 3 avqust 2025-ci il tarixinə kimi AZAL-ın beynəlxalq reyslərinə aviabiletləri 25%-dək endirimlə aviaşirkətin rəsmi veb-saytından və ya mobil tətbiqindən əldə edə bilərlər.

Təklif 23 sentyabr – 25 dekabr tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur. Bu müddət ərzində sərnişinlər AZAL-ın Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edən 40-dan çox beynəlxalq istiqamətinə endirimli şərtlərlə səyahət etmək imkanı əldə edəcəklər.

Endirim AZAL-ın müntəzəm beynəlxalq uçuşlarında ekonom və biznes sinif tariflərinə tətbiq olunur, vergi və yığımları əhatə etmir. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil edilmir. Qeyd edək ki, endirimli yerlərin sayı məhduddur.

Səyahətinizi əvvəlcədən planlaşdıraraq payız mövsümünü AZAL-la daha sərfəli və yaddaqalan edin!

Tarix
2025.07.31 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla