Yuxarı

Şəhid övladlarının Avstriya Yay Düşərgəsi başa çatdı!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC, “Azərlotereya” ASC və Azərbaycan Diasporuna Dəstək Fondunun tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün Avstriyanın Zalsburq və Vyana şəhərlərində keçirilən “Əmanətə Sədaqət” Yay Düşərgəsi yekunlaşıb.

Düşərgənin son günündə iştirakçılar Avstriyanın paytaxtı Vyana şəhərinə səfər ediblər. Günün ilk yarısında düşərgə iştirakçıları Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər. Qonaqları mərkəzin kollektivi adından salamlayan Elgün Niftəli düşərgə iştirakçılarına mərkəz barədə məlumat verib, bu mərkəzin xaricdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri şəbəkəsinə daxil olduğunu diqqətə çatdırıb.

Tədbirin davamında Vyanada yaşayan azərbaycanlı pianoçu, dirijor və bəstəkar Abuzər Manafzadə bu tədbir üçün xüsusi olaraq hazırladığı musiqi proqramı ilə çıxış edib. Proqramda Azərbaycan və Avropa bəstəkarlarının, eləcə də A. Manafzadənin özü tərəfindən bəstələnmiş əsərlər ifa olunub. Konsertdən sonra A. Manafzadə hər bir gəncə öz bəstələrinin toplandığı “İnsomnia” albomununun bir nüxəsini hədiyyə edib və belə bir layihə çərçivəsində konsert proqramı ilə çıxış etməkdən qürur duyduğunu söyləyib.

Günün ikinci yarısında isə düşərgə iştirakçıları üçün Vyana şəhərinin tarixi və turistik məkanlarına ekskursiya təşkil olunub. Ekskursiya çərçivəsində Avstriya Parlamentinin binası, Avstriya Milli Kitabxana-Muzey Kompleksi, Hofburq sarayı və Stephanplatz kilsəsi ziyarət olunub. Ekskursiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, 28 iyul – 2 avqust 2025-ci il tarixlərində keçirilən düşərgə ərzində yerli və xarici universitetlərdə təhsil alan və yüksək akademik göstəricilərə malik 22 şəhid övladı karyera planlaması, şəxsi inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərə qatılıb, həmçinin Avstriya mədəniyyətini yaxından tanıyıb və tarixi bölgələrə maarifləndirici səfərlər ediblər.

Tarix
2025.08.04 / 18:14
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Şıxlinski barəsində qərar verildi

Sahibə Qafarova Türkmənistan məclisinin sədri ilə görüşdü

İran həbs edilən vətəndaşlarımız barədə məlumat vermir - XİN

Departament rəisləri işdən çıxarılıb? - "Bakı Metropoliteni"

Azərbaycan Ordusu ermənilərə atəş açıb? - Rəsmi açıqlama

Bakıdan İran XİN rəsmisinin sözlərinə sərt cavab

Bu agentliyin kollegiyasının tərkibi təsdiqləndi

Əliyev və Paşinyan rədd etmədi: Sülh ABŞ-da imzalanacaq?

İlham Əliyev 4 fərman imzaladı

Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla