Yuxarı

Sinaqoq işi: Başqa yerləri də partladacağını dedi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sinaqoq işi: Başqa yerləri də partladacağını dedi...

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid M.A. ifadə verib.

"Mən 2024-cü ilin noyabr ayında İnstaqram sosial şəbəkəsi vasitəsilə Abdulla ilə tanış oldum, daha sonra onunla mütəmadi yazışmağa başladıq. O, mənə İŞİD-lə bağlı danışdı. Hətta orada tanışının olduğunu da dedi. Bir həftə sonra mənə qrup göndərdi, ora daxil oldum. Sonra başqa gizli qrup göndərdi, üzv olmağımı istədi. Bir müddət sonra mənə sinaqoqa hücum edəcəyini dedi və məndən balta, bıçaq, molotov kokteyli, əlcək istədi. Bildirdi ki, buradan sonra vaxtı çatanda başqa yerləri də partladacaq. Dedi, mən öləndən sonra işimi davam elətdir. Mənə məkan göndərdi, getdim. Maşına mindi və biz sinaqoq istiqamətində hərəkət etdik. Yolda bizi DTX əməkdaşları saxladı. Baxış keçirilən zaman maşından və Abdullanın üzərindən ona məxsus əşyalar və yandırıcı maddələr aşkar olundu”, - şahid bildirib.

Növbəti məhkəmə prosesi sentyabrın 22-nə təyin edilib.

Abdulla Əliyev Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə ittiham olunur.

İttihama görə, o, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşan zaman DTX əməkdaşları tərəfindən saxlanılıb.

Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyə hazırlaşıb.

O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb və “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb.

Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.

Tarix
2025.08.04 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə MMN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

Xankəndidə atəşfəşanlıq oldu

"Qartal" hərbi paradda belə keçid etdi - Video

Tokayev Azərbaycanı təbrik etdi

Ordumuz Zəfər Gününü belə qeyd etdi - Video

Hərbçilərimizin Bakıda yürüşünü qürurla izlədim - Şərif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla