Yuxarı

30-dan artıq karxananın fəaliyyəti dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
30-dan artıq karxananın fəaliyyəti dayandırıldı

İmişli rayonunda qanunsuz fəaliyyət göstərən 30-dan artıq karxananın fəaliyyəti dayandırılıb.

Bu barədə Axar.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

Bildirilib ki, Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” və “İmişli” qum-çınqıl yataqlarında fəaliyyət göstərən karxanaların su obyektinə və yer təkinə vurduğu zərərli təsirlərin müəyyən edilməsi məqsədilə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin, İmişli Rayon İcra Hakimiyyətinin, İmişli Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşlarından ibarət işçi qrup yaradılıb və nəzarət tədbirləri gücləndirilib.

Keçirilən nəzarət tədbirləri zamanı çay məcrasında və mühafizə zonasında heç bir hüquqmüəyyənedici sənədlər olmadan fəaliyyət göstərən karxanalar tərəfindən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qayda və şərtlərin kobud şəkildə pozulduğu, bunun nəticəsində çayın məcrasının kəskin eroziyaya məruz qaldığı və məcrasının qismən dəyişdiyi müəyyən edilib.

Bildirilir ki, Dövlət Nəzarəti Xidməti tərəfindən Su Məcəlləsinin və bu sahəni tənzimləyən digər qanunvericilik aktlarının tələblərini pozaraq su obyektlərini və onun sahil mühafizə zonasını zəbt etməklə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarına qarşı tədbirlər görülməsi üçün aidiyyəti qurumlara müraciətlər edilib. Nəticədə Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz fəaliyyət göstərən 30-dan artıq karxananın fəaliyyəti dayandırılıb və hasilat zamanı istifadə olunan qurğu və texnikalar ərazidən çıxarılıb.

Dövlət Xidməti hazırda su obyektlərində və onların mühafizə zonasında fəaliyyət göstərən digər karxanalarla bağlı nəzarət tədbirlərin davam etdirildiyini bildirir və vətəndaşlardan bu kimi neqativ hallarla rastlaşdıqda dərhal qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edir.

Tarix
2025.08.04 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

İraq prezidenti WUF13-ə dəvət olundu

Azərbaycan XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla