
5-ci “Yüksəliş” müsabiqəsində "Kapital Bank" liderlər yetişdirir...
17:43
Ana səhifə Gündəm |
![]() ![]() ![]() ![]() |
Avropa Birliyinin (AB) Azərbaycandakı səfiri Peter Mixalko Bakıda Ukrayna səfiri Yuri Qusevlə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna səfiri Feysbuk hesabında yazıb.
"AB-nin Azərbaycandakı səfiri Peter Mixalkonun Bakıdakı diplomatik fəaliyyətinin başa çatması ərəfəsində onunla görüşməkdən şərəf və məmnunluq duyuram", - səfir qeyd edib.
Diplomat görüş çərçivəsində həmrəyliyə, əməkdaşlığın inkişafına mühüm töhfəyə, o cümlədən Ukraynanın Azərbaycandakı səfirliyinin komandasına daimi dəstəyə və rəsmi Kiyevə Avropa Birliyinə gedən yolda köməyə görə səmimi minnətdarlığını bildirib:
"Sizə gələcək diplomatik karyeranızda uğurlar və yeni peşəkar nailiyyətlər arzulayıram!"
Tarix
2025.08.04 / 15:31
|
Müəllif
Axar.az
|