Yuxarı

Bakı ABŞ-ın İsraillə bağlı bu istəyindən imtina edəcək?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ABŞ-ın İsraillə bağlı bu istəyindən imtina edəcək?

Azərbaycan Vaşinqtonun dəstəklədiyi “İbrahim razılaşmaları”na qoşulmalıdırmı? Ağ Ev hesab edir ki, nə qədər çox müsəlman ölkəsi İsraillə müxtəlif sahələrdə əməkdaşlığı gücləndirən sazişə imza atarsa, bu, Yaxın Şərqdə sabitliyə xidmət edəcək. Bu saziş çərçivəsində İsraillə diplomatik münasibətlər quran müsəlman ölkələrinin sayı artmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Azərbaycanın bu şərtləri yerinə yetirməsinə ehtiyac yoxdur:

“Brincisi, Azərbaycanın İsraillə diplomatik münasibətləri mövcuddur. İkincisi, Azərbaycan İsraillə müxtəlif sahələrdə dərin əlaqələrə malikdir. Belə olan halda Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasına ehtiyacı varmı?

Azərbaycanın razılaşmaya qoşulmasını çətinləşdirən bir neçə amil var:

- Azərbaycanın strateji müttəfiqi Türkiyə bölgədəki mövcud şərtlər daxilində “İbrahim razılaşmaları”na qoşulmayacaq;

- Qəzzada insan fəlakəti davam edərkən və İsrailin Fələstinin müstəqilliyini tanımaqdan imtinası durumunda Azərbaycanın razılaşmaya qoşulması problematikdir.

İsrailin Mərkəzi Asiyanın digər türk dövlətləri, o cümlədən Qazaxıstanla da sıx əlaqələri var. Astana da “İbrahim razılaşmaları” məsələsində gözləmə mövqeyindədir. Halbuki Vaşinqton Bakı ilə yanaşı, Astana ilə də bu mövzuda intensiv danışıqlar aparır. Yalnız “Amerika istəyir” deyə Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasının itkisi qazancından çoxdur. Maraqlı tərəf olan Təl-Əvivin Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasıyla bağlı xüsusi istəyi yoxdur. Təl-Əviv “İbrahim razılaşamaları”na ilk növbədə ərəb ölkələrinin qoşulmasını istəyir. Belə olan halda Azərbaycan-İsrail tərəfdaşlığının ikitərəfli əsasda davamında fayda var və bu həm Bakı, həm də Təl-Əviv üçün yetərlidir”.

Tarix
2025.08.03 / 17:03
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlər İlham Əliyevi təbrik edir

Qətiyyətli Lider!

Milli Məclisin növbəti iclası başladı

Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah

Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

Ceyhun Bayramov Ərgüc Kələntərli ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla