Yuxarı

Mühüm detal: Şahin Şıxlinski könüllü təslim olub - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mühüm detal: Şahin Şıxlinski könüllü təslim olub - Foto

Rusiyada tanınmış diaspor rəhbərlərindən biri olan Şahin Şıxlinski Rusiyanın paytaxtı Moskvada könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya xüsusi xidmətlərinə yaxınlığı ilə tanınan VÇK-OQPU (ВЧК-ОГПУ) adlı Teleqram kanalı yayıb.

Eyni zamanda, Rusiyanın 66.ru saytının hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yaydığı məlumata görə, Şıxlinskinin barəsində iki ayrı cinayət işi açılıb. Həmin ittihamlar qətl və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq edilməsi maddələri üzrədir.

Musavat.com saytı Rusiya İstintaq Komitəsinin sədr müavini, ədliyyə general-polkovniki E.V.Kaburneyev tərəfindın imzalanan ittiham aktını yayıb. Rusiya İstintaq Komitəsinin Svedlovsk vilayəti üzrə şöbəsi tərəfindən yayımlanan sənədlərə əsasən, Azərbaycanın Ural bölgəsindəki diaspor rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski barəsində Rusiya Cinayət Məcəlləsinin 318.1-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Ş.Şıxlinskinin Moskvada Azərbaycan səfirliyindən çıxarkən saxlanıldığı haqda məlumat yayılıb.

Tarix
2025.08.03 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla