Yuxarı

Bu ölkə Fələstini tanımaqdan imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə Fələstini tanımaqdan imtina etdi

İtaliya hazırda Fələstinin dövlət kimi tanınması üçün şərtlərin mövcud olduğunu hesab etmir.

Axar.az xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tayani deyib.

“Hazırda Fələstin dövlətinin konstitusiya və beynəlxalq hüquq əsasında tanınması üçün heç bir şərt yoxdur. Biz onun yaradılması üçün çalışmalıyıq. Amma bu o demək deyil ki, biz İsrailə "Bombardmanı, dinc əhaliyə hücumu və itkiləri dayandırmağın vaxtıdır" deməməliyik. HƏMAS-a da deməliyik ki, o, fələstinlilərdən canlı qalxan kimi istifadə etməyi və qeyri-insani şəraitdə İsrailin siyasətinə görə heç bir məsuliyyət daşımayan girovları saxlamağı dayandırsın. Biz konkret olaraq sülhün qurulmasına yönəlmiş aydın siqnallar göndərməliyik”, - Tayani bildirib.

Qeyd edək ki, ötən həftə 70 keçmiş səfir və diplomat İtaliyanın Baş naziri Corcio Meloniyə Fələstinin tanınmasının zəruriliyi barədə məktub göndərmişdi.

Tarix
2025.08.04 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla