Yuxarı

21 məktəb direktorunun işinə xitam verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ilin yanvar - iyul ayları ərzində müxtəlif istiqamətlər üzrə ümumilikdə 1137 təhsil müəssisəsində monitorinq həyata keçirilib. Monitorinqlərin nəticələrinə əsasən, ümumi təhsil müəssisələrinin rəhbərləri barəsində 383 halda intizam tənbehi tədbirləri tətbiq edilib, 21 müəssisə rəhbərinin əmək müqaviləsinə isə xitam verilib.

Axar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə bağlı 189 halda intizam tənbehi tədbirləri tətbiq edilib, 3 müəssisə rəhbərinin əmək müqaviləsinə xitam verilib:

"Cari ilin yanvar-iyul ayları ərzində məktəbdənkənar təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələrinə əsasən isə müəssisə rəhbərləri barəsində isə ümumilikdə 20 halda töhmət, xəbərdarlıq və sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tədbirləri tətbiq olunub.

Qeyd edirik ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb".

Tarix
2025.08.04 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Paşinyan rədd etmədi: Sülh ABŞ-da imzalanacaq?

İlham Əliyev 4 fərman imzaladı

Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır

Bayramov Hakan Fidanla danışdı

Fransa Azərbaycanda səfir üçün namizədini təqdim etdi

İlham Əliyev Ağ Evdə Paşinyanla görüşəcək: Sülh sazişi...

Bəqaidən təxribatçı suala cavab: Bakını ittiham etməmişik!

Suriya və İsrail nazirləri Bakıda görüşdü

Bakı ABŞ-ın İsraillə bağlı bu istəyindən imtina edəcək?

Mühüm detal: Şahin Şıxlinski könüllü təslim olub - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla