Yuxarı

Əliyev və Paşinyan rədd etmədi: Sülh ABŞ-da imzalanacaq?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev və Paşinyan rədd etmədi: Sülh ABŞ-da imzalanacaq?

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişinin mətnini paraflamağa hazır olduqlarını həftələr öncə bəyan ediblər. Deməli, yerdə qalır tarixi və paraflanmanın imzalanacağı məkanı müəyyənləşdirmək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İlham Əliyev və Paşinyanın ABŞ-da görüşəcəyi haqda məlumatı şərh edərkən bildirib.

“Vaxtilə Qarabağ məsələsiylə məşğul olan 3 həmsədrdən ikisi – Rusiya və Fransa müxtəlif səbəblərdən məkan kimi seçilə bilməz. Görünür, Vaşinqton yaranan fürsətdən öz xeyrinə istifadə etməyə çalışır. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp iyulun 18-də amerikalı senatorlarla şam yeməyində “Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və artıq məqsədə yaxınıq” ifadəsini işlətmişdi. Yəni Tramp bununla demək istəyirdi ki, sülh sazişinin hazırlanmasında və tərəfləri bir-birinə yaxınlaşdırmaqda onun administrasiyasının da payı var. Halbuki Bakı və İrəvan bu günə qədər danışıqlarda nə əldə ediblərsə, bu, birbaşa dialoq və müzakirələr nəticəsində baş tutub. Buna baxmayaraq, Bakı və İrəvan Tramp administrasiyası ilə yaxşı münasibətlərə ümid bəslədiklərindən, Ağ Ev sahibinin rolunu kiçildən açıqlama vermədilər.

Tramp verdiyi vədlərin əksinə olaraq, Rusiya-Ukrayna müharibəsində, o cümlədən Yaxın Şərq sülh prosesində uğur qazana bilmir. Ona belə vəziyyətdə nəsə fərqli uğur hekayəsi lazımdır. Belə bir hekayə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin sülh sazişini imzalamaları və ya paraflamaları ola bilər. Buna baxmayaraq, Bakının iki tələbi - Ermənistan Konstitusiyasında dəyişiklik və Minsk Qrupundan imtina gündəmdə ağırlığını qoruyur”, - politoloq vurğulayıb.

Tarix
2025.08.04 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla