Yuxarı

“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişin təcrübəsini daha da zənginləşdirmək, uçuş zamanı xidmət keyfiyyətini və çeşidini artırmaq məqsədilə yeni “Air Tastes” xidmətini təqdim edib. Bu onlayn xidmət sayəsində ekonom sinif sərnişinləri uçuşdan əvvəl fərdi zövqlərinə uyğun genişləndirilmiş menyudan yemək sifarişi edə biləcəklər.

Yeni menyuda üç fərqli səhər yeməyi, eləcə də üç növ nahar və ya şam yeməyi təklif olunur. Seçimlər arasında ət, toyuq, balıq yeməkləri, tərəvəzlər, qəlyanaltılar və dadlı desertlər yer alır.

Bu xidmətdən yararlanan sərnişinlərə standart menyu təqdim olunmur – əvəzində onlar uçuş zamanı fərdi zövqə uyğun seçilmiş menyu ilə qarşılanır. Qeyd edək ki, “Air Tastes” ödənişli xidmətdir və sərnişinin uçuşdan əvvəl etdiyi seçim əsasında təqdim olunur.

“Air Tastes” xidməti yalnız onlayn qaydada – AZAL-ın rəsmi www.azal.az veb-saytı və ya mobil tətbiqi üzərindən, “Rezervasiyanın idarə olunması” bölməsində uçuşdan 24 saat əvvəl sifariş edilə bilər.

Bu yenilik AZAL-ın rəqəmsallaşma strategiyasının tərkib hissəsi olaraq təqdim edilir və sərnişin məmnuniyyətinin artırılmasına yönəlib.

“Air Tastes” xidməti ilə səyahətiniz daha komfortlu və dadlı təcrübə ilə yadda qalacaq!

Xidmət haqqında daha ətraflı məlumatı aşağıdakı videodan əldə etmək olar:

Tarix
2025.08.06 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Moskva Bakıya ciddi zərər verəcək cavab hazırlayır - Rusiya KİV

Zəngəzur dəhlizi Vaşinqtonda təhvil veriləcək - Ambaryan

Şahin Mustafayev İrana gedir

İlham Əliyev Yamaykanın baş nazirini təbrik etdi

Paşinyan ABŞ-a gedir: Tramp və Əliyevlə görüş...

Tramp Əliyev və Paşinyanla bu tarixdə görüşəcək - Proqram

Dünya liderləri Azərbaycan pavilyonunda - Foto

Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Təsdiqləndi

Əli Əsədov Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla