Yuxarı

Qaxda ağır qəza: ata və oğlu xəsarət aldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaxda ağır qəza: ata və oğlu xəsarət aldı - Foto

Qaxda "Vito" aşıb.

Axar.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonunun Əmbərçay kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Elşən Eldar oğlu Abdullayev idarə etdiyi "Vito" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarına aşıb.

Hadisə zamanı sürücü Elşən Eldar oğlu Abdullayev və onun atası 1955-ci il təvəllüdlü Eldar Əbülfəz oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, 1955-ci il təvəllüdlü Eldar Abdullayevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.08.06 / 14:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla