
Bakıda bu ərazidə yanğın başladı - Video
14:53
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə mühüm açıqlama ilə çıxış edəcək.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Prezidentin iş qrafikinə əsasən, o, yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə 7 avqust 00:30) Oval Ofisdə bəyanatla çıxış edəcək.
ABŞ mediası Trampın açıqlamasının əlavə idxal tarifləri ilə bağlı olacağını istisna etmir. Xüsusilə, avqustun 4-də Tramp “Truth Social” platformasında Hindistanın Rusiya neftini alaraq yenidən satmasına görə bu ölkəyə qarşı tariflərin ciddi şəkildə artırılacağını bəyan etmişdi. Bu kontekstdə, gözlənilən çıxışda Hindistana qarşı yeni iqtisadi sanksiyalar və ya gömrük rüsumlarının gündəmə gətiriləcəyi ehtimal olunur.
Tarix
2025.08.06 / 11:45
|
Müəllif
Nihad Tahirov
|