Yuxarı

Rusiyada qayınatasını öldürən azərbaycanlıya hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada qayınatasını öldürən azərbaycanlıya hökm oxundu

Rusiyanın Sankt-Peterburq şəhərində 2002-ci ildə qeyri-rəsmi nikahda olduğu həyat yoldaşının atasını qətlə yetirməkdə təqsirləndirilən Lənkəran sakini Kamran İlyas oğlu Həbibovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az Report-a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Kamran Həbibov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, Kamran Həbibov 1994-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək orada yaşamağa başlayıb. Daha sonra həmin şəhərdə Natalya Fasiy adlı Rusiya vətəndaşı ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olublar. Bu münasibətdən onların övladları da dünyaya gəlib.

İttihamda qeyd olunub ki, Kamran Həbibovun Natalyanın qardaşı Ruslan Fasiylə mübahisəsi yaşanıb. Bu zaman Ruslan ona çubuqla xəsarət yetirib. Kamran qisas almaq üçün onların evinə yollanıb. Orada qeyri-rəsmi nikahda olduğu Natalyanın atası Aleksey Fasiylə mübahisə edib. Ruslan Məmmədov mübahisə zamanı Aleksey Fasiyə bıçaqla xəsarət yetirərək öldürməkdə təqsirləndirilib.

Kamran Həbibov hadisədən sonra Azərbaycana qayıdıb. O, uzun müddət axtarışda olub, 9 dekabr 2024-cü ildə Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilib.

Kamran Həbibov məhkəmədə təqsirsiz olduğunu, Aleksey Fasiyi qətlə yetirmədiyini bildirib.

O, Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə) maddələri ilə ittiham olunub.

Tarix
2025.08.30 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla