Yuxarı

Ailənin imtina etdiyi 13 yaşlı qızla bağlı rəsmi açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ailənin imtina etdiyi 13 yaşlı qızla bağlı rəsmi açıqlama

22:42

Gəncədə 13 yaşlı qız uşaq evinə verilməsi üçün Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, 2013-cü il təvəllüdlü F.Səfərovanı xəstəxanaya nənəsi gətirib.

O, nəvəsinin uşaq evinə verilməsini istəyir.

Qeyd edək ki, F.Səfərovadan öncə atası, bir müddət sonra isə anası imtina edib. O, körpəliyindən nənəsinin himayəsi altında yaşayıb.

***

Nənəsi tərəfindən Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına təhvil verilən 2013-cü il təvəllüdlü F.Səfərova hazırda tibbi müayinədən keçirilir.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O qeyd edib ki, məsələ aidiyyəti dövlət qurumlarının nəzarətindədir və vəziyyət diqqətlə araşdırılır:

"Hazırda azyaşlı Gəncə Birləşmiş Uşaq Xəstəxanasında tibbi müayinədən keçirilir. Onun sağlamlıq və psixoloji vəziyyəti qiymətləndirildikdən sonra qanunvericiliyin tələblərinə uyğun şəkildə dövlət uşaq müəssisəsinə yerləşdirilməsi təmin olunacaq. Əsas məqsəd uşağın təhlükəsizliyinin, sağlam inkişafının və sosial rifahının qorunmasıdır. Müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir və proses nəzarətdə saxlanılır".

Tarix
2026.04.04 / 23:37
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla