Yuxarı

Bu musiqi məktəbinə yeni direktor təyin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu musiqi məktəbinə yeni direktor təyin edildi

Cavidan Elşad oğlu Nəbiyev Qobustan şəhər Rəşid Behbudov adına 2 saylı Uşaq İncəsənət Məktəbinin yeni direktoru təyin edilib.

Axar.az xəbər verir ki, musiqi məktəbinin əvvəlki direktoru Zaur Cəfərov iki il öncə işdən ayrılsa da, yeni təyinat olmamışdı. Son iki ildir direktor vəzifəsini Alim Mustafayev icra edirdi.

Qeyd edək ki, Cavidan Nəbiyev 28 noyabr 1993-cü ildə Şamaxıda anadan olub. Milli Konservatoriya tərkibində Musiqi kollecini nağara ixtisası üzrə bitirən Cavidan Nəbiyev Mədəniyyət və İncəsənət Universitetində Xalq çalğı alətləri ifaçılığı (nağara) üzrə ixtisaslaşıb. Bir sıra beynəlxalq konsert proqramlarında çıxış edib.

Həmçinin 2013-cü ildən Bakı şəhər Mədəniyyət Baş idarəsinin tabeliyində olan Vaqif Mustafazadə adına 2 saylı Uşaq və İncəsənət məktəbində müəllim vəzifəsində çalışan Cavidan Nəbiyev son təyinatına qədər bu vəzifədə olub.

Tarix
2025.08.30 / 16:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla