Yuxarı

İrandan Zəngəzura qarşı inanılmaz bəyanat - Nə istəyir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan Zəngəzura qarşı inanılmaz bəyanat - Nə istəyir?

İran parlamentinin Zəngəzur dəhlizi əleyhinə qəbul etdiyi bəyanat birbaşa öz prezidentləri Məsud Pezeşkiana qarşı təxribatdır. Pezeşkian Zəngəzur dəhlizinin əleyhinə olmadığını bir neçə dəfə səsləndirib, o Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu söyləyib. Mühafizəkarlar isə tutduqlarını buraxmır, dəhlizin əleyhinə təxribatçı açıqlamalarını davam etdirirlər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“İran parlamentinin bəyanatında Zəngəzur dəhlizinin “tanınmış sərhədlərin dəyişdirilməsi və zorla koridorların yaradılması” anlamına gəldiyi bildirilərək, bunun BMT Nizamnaməsinə zidd olduğu qeyd edilib. Əgər Zəngəzur dəhlizi iranlı deputatların söylədiyi kimi, Ermənistan sərhədlərinin dəyişdirilməsidirsə, bu ölkənin Baş naziri Nikol Paşinyan niyə dəhlizin tikintisi və işlədilməsi təklifini qəbul edib? Ermənistan ərazisində dəmir yolu tikintisi nə vaxtdan BMT nizamnaməsinə ziddir? Mühafizəkarlar dəhlizin tikintisinə mane ola bilməyəcəklər, onların əsas hədəfi Məsud Pezeşkiandır, bu cür “bəyanatlarla” onun qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq siyasətinə mane olmaq istəyirlər”, - politoloq qeyd edib.

Xatırladaq ki, İran parlamenti Zəngəzur dəhlizini “İran üçün təhdid” adlandırılıb. Bəyanatda “tanınmış sərhədlərin dəyişdirilməsi, məcburi dəhlizlərin yaradılması və ya Zəngəzur dəhlizi kimi layihələrin həyata keçirilməsi üçün istənilən addımın region ölkələrinin maraqları ilə bir araya sığmayacağı və birbaşa kollektiv təhlükəsizliyə təhdid olacağı” iddia edilib.

Tarix
2025.08.30 / 00:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla