Yuxarı

Pezeşkian Qriqoryanı qəbul etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Məsud Pezeşkian avqustun 30-da Tehranda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Onlar Tehran və İrəvan arasında ikitərəfli münasibətləri, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasını, regional prosesləri müzakirə ediblər.

Bundan başqa, tərəflər arasında Şimal-Cənub nəqliyyat dəhlizi barədə fikir mübadiləsinin aparıldığı da bildirilib.

A.Qriqoryan qeyd edib ki, İrəvan Tehran ilə strateji əməkdaşlıq haqqında hərtərəfli sənəd imzalamağa hazırdır.

Təhlükəsizlik Şurasının katibi, həmçinin İran şirkətlərinin Ermənistanda fəal iştirakını qeyd edib. O əlavə edib ki, Ermənistan İranla ticarət həcmini bir neçə dəfə artırmağa hazırdır.

M.Pezeşkian isə öz növbəsində, İrəvana son səfərinin nəticələrindən məmnunluğunu ifadə edib, onu uğurlu və məhsuldar adlandırıb.

Tarix
2025.08.30 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyi Azərbaycana yeni səfir təyin etdi

Zakir Həsənov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimində

Şuşanın bir hissəsini kəşf etdim - Britaniya səfiri

Azərbaycanla bağlı mənə göstəriş verilib ki... - İran səfiri

Rus əsgərlər bir-birini “güllələyib”, medal aldılar - Rəzalət

İlham Əliyev və xanımı Çində səfərdədir - Video

Məşhur həkimdən şok yazı: Səhiyyəmiz niyə batır?

Azərbaycan üzvlük istəyir: Rusiya mane olacaq?

Azərbaycana nifrət edən səfir uduzdu, geri çağırıldı

Paşinyan “bitdi” dedi, Rusiya isə Zəngəzurdan əl çəkmir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla