Yuxarı

Bakıdan Tehran və Təbrizə uçuşlara başlanılır - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan Tehran və Təbrizə uçuşlara başlanılır - Rəsmi

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) marşrut şəbəkəsini genişləndirməyə davam edir və 3 sentyabr 2025-ci il tarixindən etibarən yeni Bakı–Təbriz–Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.

AZAL-dan Axar.az-a verilən məlumata görə, yeni istiqamət üzrə reyslər həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı–Təbriz–Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını daha da genişləndirəcək.

Həmçinin 1 sentyabr 2025-ci il tarixindən etibarən AZAL İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərini bərpa edir. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri rəsmi veb-səhifəsindən, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

Tarix
2025.08.07 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla