Yuxarı

Gəncədə bu klinika cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə bu klinika cərimələndi

Gəncə şəhər "İstanbul Genetics Klinika" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Gəncə şəhər "İstanbul Genetics Klinika" MMC-də həkim mama-ginekoloq vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda MMC və MMC-nin direktoru Seyfəddin Miriyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional Şöbəsinə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində və Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq qərarı ilə MMC-nin vəzifəli şəxsi 4500 manat məbləğində inzibati cərimə edilib.

Tarix
2025.08.08 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla