Yuxarı

"Expressbank" ekoloji aksiya keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Expressbank" “Təbiətə qayğı – Gələcəyə miras” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində ardıcıl ekoloji aksiyalar keçirməyə davam edir.

Belə ki, Bank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər Günü münasibətilə Bakının Bilgəh sahilindəki ərazidə genişmiqyaslı təmizlik aksiyası həyata keçirib. Aksiya çərçivəsində sahil zolağı tullantılardan təmizlənərək Xəzər dənizinin ekoloji durumuna diqqət çəkilib.

Çimərlik mövsümü ilə əlaqədar sahil zolağının məişət tullantıları ilə çirklənməsi ekosistemin sağlamlığı üçün ciddi təhlükə törədir və antisanitar vəziyyət yaratmaqla müxtəlif virusların yayılmasına səbəb olur. Buna görə də, belə təmizlik aksiyaları həm ətraf mühitin qorunmasına, həm də ictimaiyyətin ekoloji maarifləndirilməsinə xidmət edir.

Qeyd edək ki, Expressbankın korporativ sosial məsuliyyət strategiyasında ətraf mühitin mühafizəsinə xüsusi diqqət ayrılır. Bankın bu istiqamətdəki fəaliyyəti həm müstəqil, həm də ABA-nın təşkilatçılığı ilə həyata keçirilən layihələrdə özünü göstərir.

"Expressbank" ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

"Expressbank" - İşiniz rahat getsin!

Tarix
2025.08.12 / 10:58
Müəllif
Axar.az
Digər xəbərlər

Poqosyan: Bakı ÇL-dədir, İrəvan isə yoxdur - Video

Zəngəzur dəhlizinin uzunluğu nə qədərdir: 32, 42, yoxsa 44 km?

Beqay İlham Əliyevə zəng etdi: Vaşinqton görüşü...

Paşinyan Pezeşkianı razı salmaq üçün hərəkətə keçdi

Pezeşkian Zəngəzur məsələsində Xameneiyə qarşı çıxdı

Zəngəzur dəhlizinə ABŞ yox, bu ölkə nəzarət edəcək - Abramyan

Trampdan Əliyev və Paşinyanla bağlı yeni açıqlama

Qafqazda yeni dövr: Maneələr artıq yox olur...

Sülh sazişi mətninin detalları: Bakının qazancları nələrdir?

Bayramovla Kallasın telefon danışığının təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla