Yuxarı

Bakıda temperatur 33 dərəcəyə düşəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda temperatur 33 dərəcəyə düşəcək

Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, avqustun 12-dən 13-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-24, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq

Tarix
2025.08.12 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Assambleya iştirakçılarına müraciət etdi

Azərbaycan İspaniyanı təbrik etdi

İlham Əliyev Misirə getdi

Bakı ilə təmaslar heç vaxt kəsilməyib - Peskov

Düşənbədə İlham Əliyev üçün belə hazırlıq görülüb - Video

Qardaş ölkə yenə itki verdi - Döyüşün səbəbi nədir?

Putin niyə yalnız Azərbaycan haqda bunu dedi?

Azərbaycan Qətərə başsağlığı verdi

Tramp və Zelenski anlaşdı: Rusiyanı "sürpriz" gözləyir

Azərbaycan Qəzza sammitinə dəvət aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla