Yuxarı

Qızılağaclar kəsildi: saxlanılanlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızılağaclar kəsildi: saxlanılanlar var

Oğuz rayonunda qanunsuz ağac kəsilməsi və torpaq zəbt edilməsi faktları üzrə 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, rayonun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacının kəsilməsi nəticəsində təbiətə 5 min manatdan artıq maddi ziyan vurulub.

Keçirilən əməliyyat tədbirləri ilə həmin əməli törətməkdə şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb.

Bundan əlavə, Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktı da aşkarlanıb. Araşdırmalar zamanı həmin ərazidə 350 ədəd qaratikan kolunun məhv edildiyi və nəticədə təbiətə 26 min manatdan artıq ziyan vurulduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən bu əməli törətməkdə şübhəli bilinən daha iki nəfər də saxlanılıb.

Hər iki fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tarix
2026.04.20 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

Tramp İranda öldürülən gəncin qohumuna başsağlığı verdi - Foto

Bu ölkələrin səfirləri XİN-ə çağırıldı

KTMT-dən Bakı və İrəvan haqda açıqlama

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Bakının bəzi ərazilərində qaz olmayacaq

Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?

Ceyhun Bayramov Banqkokda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla