Yuxarı

Sumqayıtda enerji infrastrukturu yenilənir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda enerji infrastrukturu yenilənir

Sumqayıtda enerji infrastrukturunun yenilənməsi və gücləndirilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb.

Axar.az xəbər verir ki, şəhər rəhbərliyinin tapşırığına uyğun olaraq Azərişıq ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən həyata keçirilən layihələr çərçivəsində şəhərin müxtəlif ərazilərində elektrik enerjisinin dayanıqlığının artırılması məqsədilə yeni yarımstansiyaların və transformator, eləcə də paylayıcı məntəqələrin tikintisi aparılır.

Hazırda Sumqayıt şəhərinin 2-ci, 9-cu, 10-cu, 11-ci və 13-cü mikrorayonları, həmçinin 48-ci məhəllə ərazilərində ümumilikdə 13 yeni transformator və paylayıcı məntəqənin inşası davam etdirilir. Sumqayıtda enerji infrastrukturunun yenilənməsinə başlanılıb

Layihə çərçivəsində əlavə olaraq daha 7 məntəqənin tikintisi də planlaşdırılır ki, bu da ümumi enerji şəbəkəsinin əhatə dairəsini daha da genişləndirəcək.

Yeni qurğuların quraşdırılması mövcud şəbəkədə yüklənmənin azaldılmasına, elektrik enerjisinin daha stabil və itkisiz ötürülməsinə şərait yaradacaq. Eyni zamanda, bu addımlar qəza hallarının sayının minimuma endirilməsinə və nasazlıqların daha operativ aradan qaldırılmasına imkan verəcək.

Bildirilib ki, həyata keçirilən yenidənqurma və tikinti işləri nəticəsində xüsusilə yay və qış aylarında müşahidə olunan yüksək yüklənmə dövrlərində enerji təchizatında fasilələrin qarşısı alınacaq, abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı daha etibarlı şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, görülən işlər şəhərin sürətli inkişafı, yeni yaşayış massivlərinin salınması və əhali sayının artması fonunda enerji tələbatının qarşılanmasına yönəlib. Layihələrin mərhələli şəkildə icrası yaxın vaxtlarda Sumqayıtın bütün ərazilərində enerji təminatının daha dayanıqlı və təhlükəsiz olmasına töhfə verəcək.

Tarix
2026.04.20 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla