Yuxarı

Avropada qazın qiyməti rekord həddə çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropada qazın qiyməti rekord həddə çatdı

Avropada təbii qazın qiyməti mart ayından bəri ən yüksək səviyyəyə çatıb.

Axar.az xəbər verir ki, bu barədə “Şpiqel” nəşri yazıb.

Məlumata görə, Niderlandın TTF habında qaz fyuçersinin qiyməti meqavat/saat üçün 64,60 avro təşkil edib. Bu, martın ortalarından bəri qeydə alınan ən yüksək göstəricidir.

Qazın bahalaşmasına Hörmüz boğazında ticarət gəmilərinə hücumlarla bağlı narahatlıqlar və Körfəz bölgəsindən tədarükünün tezliklə normallaşmasının mümkün olmaması təsir göstərir. Son iki həftədə qazın qiyməti 20 faizdən çox artıb. İran Hörmüz boğazının açılması üçün ABŞ ilə iyunun ortalarında imzalanmış çərçivə sazişinin icrasını tələb edir.

Qiymət artımı Avropada qaz anbarlarının doluluq nisbətinin ötən illə müqayisədə aşağı olduğu vaxta təsadüf edir. “Gas Infrastructure Europe”nin (GIE) məlumatına görə, Avropadakı anbarların doluluq nisbəti hazırda 61,40 faiz, Almaniyada isə 50,06 faizdir. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 74 və 67 faiz olub.

Tarix
2026.08.19 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla