12:33
Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
1. Yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Elektron Hökumət İnformasiya Sisteminin fəaliyyətinin təmin edilməsi və mərkəzi, yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana və “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanına uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Elektron Hökumət İnformasiya Sisteminin (bundan sonra – EHİS) və onun altsistemlərinin aparılması, saxlanılması və təkmilləşdirilməsi, habelə bu Fərmanın 3.2-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görsün;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik):
3.1. EHİS-in fəaliyyətinin təmin edilməsi ilə bağlı:
3.1.1. EHİS-in aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görsün;
3.1.2. EHİS-in Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün;
3.1.3. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə, bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” 2021-ci il 17 aprel tarixli 1315 nömrəli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin;
3.2. elektron xidmətlər göstərilməsinin təşkili və göstərilməsi ilə bağlı:
3.2.1. elektron xidmətlərin təşkili, göstərilməsi və təkmilləşdirilməsi məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin (o cümlədən Azərbaycan Respublikası Mərkəzi Bankının) və digər büdcə təşkilatlarının (bundan sonra – qurumlar), eləcə də elektron imza xidmətindən istifadə üçün müraciət edən digər hüquqi və fiziki şəxslərin elektron imza vasitələri ilə təmin olunması işini təşkil etsin;
3.2.2. qurumların elektron xidmətlər göstərməsində istifadə edilən dövlət informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsinin EHİS vasitəsilə aparılmasının təmin edilməsi məqsədilə zəruri tədbirləri həyata keçirsin;
3.2.3. qurumların elektron xidmətlərindən EHİS vasitəsilə “bir pəncərə” prinsipi əsasında istifadəni təmin etsin;
3.2.4. qurumlar tərəfindən elektron xidmətlər göstərilməsinin nəticəsi olaraq verilən sənədlərin EHİS vasitəsilə identikləşdirilməsi mexanizmini, eləcə də həmin mexanizmin təhlükəsizliyini təmin etsin;
3.2.5. elektron xidmətlərin təşkili, göstərilməsi və təkmilləşdirilməsi üçün qurumlara metodiki dəstəyi təmin etsin;
3.2.6. dövlət qulluqçularının və hərbi qulluqçuların informasiya texnologiyalarından istifadə və kibertəhlükəsizlik sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədilə tədris kurslarının təşkili istiqamətində zəruri tədbirləri həyata keçirsin;
3.2.7. bu Fərmanın 3.2.1–3.2.6-cı yarımbəndlərində və 5.2-ci bəndində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dövlət Xidmətlərinin Elektron Reyestrindən aşağıdakı məlumatların EHİS vasitəsilə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə ötürülməsini və həmin məlumatların aktuallığını təmin etsin:
4.1. elektron xidmətin adı, həmin xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, habelə elektron xidmətin göstərilməsindən imtina halları, ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişin məbləği, hüquqi əsası və ödənilmə üsulları barədə məlumatların;
4.2. dövlət xidmətinin inzibati reqlamentində müəyyən edilən və xidmətin elektron formada göstərilməsi ilə bağlı olan digər məlumatların.
5. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə və digər büdcə təşkilatlarına tapşırılsın və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:
5.1. EHİS-in fəaliyyətinin təmin edilməsi ilə bağlı:
5.1.1. sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin istifadəçilərinin identikləşdirilməsi prosesinin sadələşdirilməsi (asanlaşdırılması) məqsədilə həmin informasiya ehtiyatlarında və sistemlərində “Vahid Giriş” altsistemini tətbiq etsinlər;
5.1.2. “Açıq məlumatlar” portalının fəaliyyətinin təmin edilməsi məqsədilə Nazirliklə birlikdə sahibi olduqları (formalaşdırdıqları) açıq məlumatların EHİS vasitəsilə “Açıq məlumatlar” portalına ötürülməsini, bu mümkün olmadığı halda daxil edilməsini və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsinlər.
5.2. elektron xidmətlər göstərilməsinin təşkili ilə bağlı aşağıdakı tədbirləri həyata keçirsinlər:
5.2.1. fəaliyyət istiqamətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılmasını və həmin bölmədə EHİS-ə keçidin verilməsini;
5.2.2. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini;
5.2.3. elektron xidmət bölməsində “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə keçid verilməsini, eləcə də bu bölmədən maneəsiz və sərbəst istifadənin təmin edilməsini;
5.2.4. elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müvafiq sənədlərin (ərizə, blank və sair) elektron formasının interaktiv qaydada doldurulmasını, elektron informasiya ehtiyatlarına (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) daxil edilməyən sənədlərin skan edilmiş surətlərinin, elektron sənədlərin və məlumatların elektron formada qəbul edilməsini (bu Fərmanın 5.2.5-ci yarımbəndi nəzərə alınmaqla), bu barədə şəxsə təsdiq bildirişinin göndərilməsini və həmin sənədlərə normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və müddətdə baxılmanın, eləcə də elektron xidmətlərin fasiləsiz göstərilməsinin təmin olunmasını;
5.2.5. dövlət xidmətləri, o cümlədən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktlarla ərizəyə əlavə edilməli olan sənədlərin və məlumatların EHİS vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsini, yalnız bu mümkün olmadığı hallarda onların təqdim edilməsinin müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunmasını və ya müraciət edən tərəfindən təmin olunmasını;
5.2.6. göstərilən elektron xidmətlərə görə normativ hüquqi aktlarda nəzərdə tutulmuş rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin (ödəniş xidməti təchizatçıları vasitəsilə) təmin edilməsini, eləcə də elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsini;
5.2.7. elektron xidmətlər göstərilməsində istifadə olunan dövlət informasiya ehtiyatlarında və sistemlərində saxlanılan məlumatların tamlığının, aktuallığının, mötəbərliyinin və təhlükəsizliyinin təmin edilməsini;
5.2.8. elektron xidmətlər göstərilməsinin gedişatı barədə şəxsə EHİS-də yaradılan şəxsi kabinet, elektron poçt və ya telefon (mobil və stasionar) vasitəsilə məlumat almaq imkanının yaradılması üçün tədbirlər görülməsini və nəticənin ona təqdim olunmasını;
5.2.9. elektron xidmətlər göstərilməsinin nəticəsi olaraq elektron sənədin və ya identikləşdirməyə imkan verən rekvizitlərə malik digər sənədin verilməsini (elektron xidmət göstərilməsinin nəticəsi olaraq sənədlərin və məlumatların verildiyi hallarda);
5.2.10. bu Fərmanın 5.2.1–5.2.9-cu yarımbəndlərində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat verilməsini.
6. Bələdiyyələrə tövsiyə edilsin ki, bu Fərmanın 5.1.1-ci və 5.1.2-ci yarımbəndlərində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etsinlər.
7. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 380 (Cild I) 2–5-ci hissələri ləğv edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 31-11.4-cü bəndində “bu Siyahının 34.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər” sözləri “gənclər və idman naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” 2013-cü il 5 fevral tarixli 813 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli 1885 nömrəli, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli, “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli fərmanlarında və “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli 268 nömrəli, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 4 aprel tarixli 3199 nömrəli, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 107 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) 1-ci və 4–6-cı hissələri ləğv edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I); 2024, № 2, maddə 155, № 6 (I kitab), maddə 654, № 8, maddə 948, № 12 (I kitab), maddə 1287; 2025, № 3, maddələr 224, 227, № 6, maddə 552) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.0-cı bənd üzrə:
2.1.1. aşağıdakı məzmunda 3.0.3-3-cü və 3.0.72-1-ci yarımbəndlər əlavə edilsin:
“3.0.3-3. rəqəmsal inkişaf, habelə “elektron hökumət” və innovasiyalar üzrə beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə tədbirlər görmək;”;
“3.0.72-1. Elektron Hökumət İnformasiya Sisteminin və onun altsistemlərinin (“Vahid Kommunal Xidmətlər” altsistemi istisna olmaqla), habelə həmin Sistemlə əlaqəli olan digər əsas və yardımçı dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılmasını və aparılmasını təmin etmək;”;
2.1.2. 3.0.75-ci yarımbənddə “Elektron Hökumət İnformasiya Sistemi, elektron xidmətlərin göstərilməsini isə “elektron hökumət” portalı” sözləri “, habelə elektron xidmətlərin göstərilməsini Elektron Hökumət İnformasiya Sistemi” sözləri ilə əvəz edilsin;
2.1.3. 3.0.80-2-ci yarımbənddə “informasiya sistemləri və ehtiyatları, habelə elektron xidmətlərlə” sözləri “elektron xidmətlərlə, habelə dövlət informasiya ehtiyatları və sistemləri ilə” sözləri ilə əvəz edilsin;
2.1.4. aşağıdakı məzmunda 3.0.80-3-cü yarımbənd əlavə edilsin:
“3.0.80-3. dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələbləri müəyyənləşdirmək;”;
2.2. 4.0-cı bənd üzrə:
2.2.1. 4.0.17-1-ci yarımbəndə birinci halda “dövlət” sözündən əvvəl “normativ hüquqi aktlarda müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin;
2.2.2. 4.0.17-4-cü yarımbəndə birinci halda “informasiya” sözündən sonra “ehtiyatları və” sözləri əlavə edilsin.
3. “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 435 (Cild I) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 5.3-cü bənddə “Elektron hökumət” portalının” sözləri “Elektron Hökumət İnformasiya Sisteminin” sözləri ilə əvəz edilsin;
3.2. 5.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“5.4. dövlət orqanlarının informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsini, habelə elektron xidmətlər göstərilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təşkil etsin;”.
4. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1826 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 9, maddə 1004) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2-ci, 3-cü hissələr və 4-1.2-ci bənd ləğv edilsin;
4.2. həmin Fərmanla təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” üzrə:
4.2.1. 1.2.14-1-ci yarımbənddə birinci halda “Vahid Giriş Sistemi” sözləri “Elektron Hökumət İnformasiya Sisteminin “Vahid Giriş” altsistemi” sözləri ilə, ikinci halda “Vahid Giriş Sistemi” sözləri “həmin altsistem” sözləri ilə əvəz edilsin;
4.2.2. 4-cü hissə üzrə:
4.2.2.1. 4.4-cü bəndin ikinci cümləsi çıxarılsın;
4.2.2.2. aşağıdakı məzmunda 4.4-1–4.4-5-ci bəndlər əlavə edilsin:
“4.4-1. Qurumlar elektron xidmətlərinin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə inteqrasiyası üçün aşağıda qeyd edilən məlumatlarla EHİS-in internet informasiya ehtiyatı vasitəsilə Əlaqələndirici quruma müraciət edirlər:
4.4-1.1. qurumların EHİS-ə inteqrasiya ediləcək elektron xidmətləri, dövlət informasiya ehtiyatları və sistemləri haqqında məlumatlar (adı və texniki-texnoloji infrastrukturu);
4.4-1.2. qurumların EHİS-ə ötürəcəyi və (və ya) EHİS vasitəsilə qurumlara ötürüləcək məlumatların (sənədlərin) siyahısı;
4.4-1.3. qurumların texniki infrastruktura məsul şəxsləri haqqında məlumatlar (soyadı, adı, atasının adı, işlədiyi struktur vahidi, vəzifəsi, telefon nömrələri (mobil və stasionar), elektron poçt ünvanı).
4.4-2. Müraciətlərin, rəylərin, bildirişlərin və məlumatların (sənədlərin) göndərilməsi, eləcə də müraciətlərin icra vəziyyətinin izlənilməsi EHİS-də formalaşdırılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qurumların əməkdaşları elektron kabinetlərdən EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra istifadə edirlər. Göndərilən müraciətlər, rəylər, bildirişlər və məlumatlar (sənədlər) təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilir.
4.4-3. Əlaqələndirici qurum daxil olan müraciətlər əsasında ən geci 20 (iyirmi) iş günü müddətində inteqrasiya ilə bağlı texniki tələblərə cavab verən elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə inteqrasiyasını təmin edir və bu barədə aidiyyəti qurumlara bildirişlər göndərir.
4.4-4. Elektron xidmətlər, dövlət informasiya ehtiyatları və sistemləri inteqrasiya ilə bağlı texniki tələblərə cavab vermədiyi halda Əlaqələndirici qurum aidiyyəti qurumlarla birgə həmin texniki tələblərə uyğunluğun təmin edilməsi üçün zəruri tədbirlər görür. Həmin tədbirlərin görülməsi müddəti bu Qaydaların 4.4-3-cü bəndində nəzərdə tutulan müddətə daxil deyildir.
4.4-5. İnteqrasiya ilə bağlı texniki tələblərə uyğunluq təmin edildikdən sonra Əlaqələndirici qurum elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə inteqrasiyasını təmin edir və bu barədə aidiyyəti qurumlara bildirişlər göndərir.”;
4.2.2.3. 4.5-ci bənd üzrə:
4.2.2.3.1. 4.5-ci bəndin birinci abzasında “ehtiyatlarının və sistemlərinin inteqrasiyası” sözləri “ehtiyatlarından və sistemlərindən informasiyanın əldə olunması” sözləri ilə əvəz edilsin;
4.2.2.3.2. 4.5.2-ci yarımbənddə “qoşulan” sözü “inteqrasiya edilən” sözləri ilə əvəz edilsin;
4.2.2.3.3. 4.5.3-cü yarımbəndin 5-ci abzasında “qoşulmadığı” sözü “inteqrasiya olunmadığı” sözləri ilə, “qoşulması” sözü “inteqrasiyası” sözü ilə əvəz edilsin;
4.2.2.3.4. 4.5.4-cü yarımbənd üzrə:
4.2.2.3.4.1. 1-ci abzasda “qoşulan” sözü “inteqrasiya edilən” sözləri ilə əvəz edilsin;
4.2.2.3.4.2. 2-ci abzasda “qoşulan” sözü “inteqrasiya edilən” sözləri ilə, “qoşulduqdan” sözü “inteqrasiya edildikdən” sözləri ilə əvəz edilsin;
4.2.2.3.5. 4.5.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.5.5. dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə inteqrasiyası bu Qaydalara və Əlaqələndirici qurumun müəyyən etdiyi texniki tələblərə uyğun olaraq həyata keçirilir.”;
4.2.3. aşağıdakı məzmunda 5.1-1–5.1-6-cı bəndlər əlavə edilsin:
“5.1-1. Elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin arxivləşdirilməsi və ya onlarda dəyişiklik edilməsi qurumların EHİS vasitəsilə sahibə ünvanladığı müraciət əsasında həyata keçirilir. Qurumlardan daxil olmuş müraciətlərə ən geci 20 (iyirmi) iş günü müddətində baxılır.
5.1-2. Elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin arxivləşdirilməsindən və ya onlarda dəyişiklik (məlumat mübadiləsinə və inteqrasiyaya təsir edən) edilməsindən imtina üçün əsas оlmadıqda, Əlaqələndirici qurum tərəfindən aşağıdakı tədbirlərdən biri görülür:
5.1-2.1. elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin arxivləşdirilməsi məqsədəuyğun hesab edilir və bu barədə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə müvafiq məlumatlar daxil edilir, EHİS vasitəsilə elektron xidmətlər göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə inteqrasiyası dayandırılır;
5.1-2.2. elektron xidmətlərdə, dövlət informasiya ehtiyatlarında və sistemlərində dəyişikliklər olunması məqsədəuyğun hesab edilir, elektron xidmətlərin, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin yenilənməsi (dəyişdirilməsi, təkmilləşdirilməsi) həyata keçirilir.
5.1-3. Elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin arxivləşdirilməsindən və ya onlarda dəyişiklik (məlumat mübadiləsinə və inteqrasiyaya təsir edən) edilməsindən imtina üçün əsas оlduqda, onların arxivləşdirilməsinin və ya onlarda dəyişiklik edilməsinin məqsədəuyğun hesab olunmaması barədə rəylər 30 (otuz) iş günü müddətində Əlaqələndirici qurum tərəfindən hazırlanaraq elektron qaydada aidiyyəti qurumlara təqdim edilir.
5.1-4. Elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin arxivləşdirilməsindən və ya onlarda dəyişiklik (məlumat mübadiləsinə və inteqrasiyaya təsir edən) edilməsindən aşağıdakı hallarda imtina olunur:
5.1-4.1. elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin arxivləşdirilməsinin və ya onlarda dəyişiklik edilməsinin hüquqi əsasları və səbəbləri təqdim olunmadıqda;
5.1-4.2. elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin arxivləşdirilməsi və ya onlarda dəyişiklik edilməsi beynəlxalq standartlara, Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş texniki tələblərə və digər tələblərə uyğun olmadıqda;
5.1-4.3. elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi mümkün olduqda (elektron xidmət göstərilməsinin, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin aparılmasının texniki və maliyyə çətinlikləri, eləcə də istifadəçi sayının az olması səbəbindən arxivləşdirilməsi üçün müraciət edildiyi hallarda).
5.1-5. Arxivləşdirilməsi və ya dəyişiklik (məlumat mübadiləsinə və inteqrasiyaya təsir edən) edilməsi üçün müraciət olunan elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Əlaqələndirici qurum aidiyyəti qurumlara təkliflər verə bilər. Aidiyyəti qurumlar həmin təkliflər əsasında və Əlaqələndirici qurum tərəfindən müəyyən olunan müddətlər ərzində elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür.
5.1-6. Bu Qaydaların 5.1-1–5.1-3-cü və 5.1-5-ci bəndləri ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi üçün qurumlardan dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyəti ilə bağlı əlavə texniki məlumatlar (sənədlər) alına bilər. Aidiyyəti qurumlar həmin məlumatları (sənədləri) Əlaqələndirici qurumun müraciəti daxil olduğu tarixdən 10 (on) iş günü müddətində Əlaqələndirici quruma təqdim edirlər.”;
4.2.4. 7.1-ci bənd üzrə:
4.2.4.1. 7.1.5-ci yarımbəndə “dövlət” sözündən əvvəl “elektron xidmətlər, habelə” sözləri əlavə edilsin;
4.2.4.2. 7.1.6-cı yarımbəndə “dövlət” sözündən əvvəl “elektron xidmət təminatçısı,” sözləri əlavə edilsin;
4.2.4.3. 7.1.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“7.1.8. elektron xidmətlərin, eləcə də inteqrasiya olunan dövlət informasiya ehtiyatının və sisteminin təhlükəsiz, dayanıqlı və fasiləsiz fəaliyyətini elektron xidmət təminatçısından, dövlət informasiya ehtiyatının və sisteminin sahibindən, operatorundan və iştirakçısından tələb etmək;”.
5. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 9, maddə 1004) ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin 5.2-ci bəndinin ikinci cümləsində və 5.3-cü bəndində “Vahid Giriş Sistemi” sözləri “EHİS-in “Vahid Giriş” altsistemi” sözləri ilə əvəz edilsin.
6. “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli 268 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 156 (Cild I); 2025, № 4 (I kitab), maddə 341) 2.10-cu bəndində “Elektron hökumət” portalı” sözləri “Elektron Hökumət İnformasiya Sistemi” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 339 (Cild I); 2024, № 3, maddə 257, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 654) ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı” hissəsinin 2.6-cı bəndinin “Tədbirin adı” sütununda “Portalına” sözü “İnformasiya Sisteminə” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 114 (Cild I); 2024, № 4, maddə 393) ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın 6.1.6-cı yarımbəndinin 2.2-ci, 2.3-cü və 4.1-ci abzaslarında, “8. Dövlət Proqramına dair Tədbirlər Planı” hissəsinin 8.6.2-ci yarımbəndinin “Tədbirin adı” və “aralıq nəticələr” sütunlarında, 8.6.3-cü yarımbəndinin “Tədbirin adı”, “ilkin nəticələr” və “aralıq nəticələr” sütunlarında ismin müvafiq hallarında “Elektron hökumət” portalı” sözləri ismin müvafiq hallarında “Elektron Hökumət İnformasiya Sistemi” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” 2015-ci il 23 fevral tarixli 477 nömrəli, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 762 nömrəli, “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli, “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli, “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 393 nömrəli, “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 448 nömrəli və “Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında” 2019-cu il 6 may tarixli 681 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 139 (Cild I) 5-ci hissəsində “Elektron hökumət” portalına” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 226 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 iyul tarixli 429 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Fərmanla təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 4.6.10-cu yarımbəndində və 6.10-cu bəndində “Elektron hökumət” portalındakı” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən” sözləri ilə əvəz edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 4.6.10-cu yarımbəndində və 6.10-cu bəndində “Elektron hökumət” portalındakı” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 9, maddə 998; 2025, № 4 (I kitab), maddə 333; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 iyul tarixli 443 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 4.2-ci bəndində “Elektron hökumət” portalında olan” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 654; 2025, № 6, maddə 560) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 6.1-ci bənddə “Elektron hökumət” portalına” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə” sözləri ilə əvəz edilsin;
4.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” üzrə:
4.2.1. 4.1-ci bəndin ikinci cümləsində “internet saytında, “Elektron hökumət” portalında və Fondun internet saytında” sözləri “Agentliyin və Fondun rəsmi internet saytlarında və Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin;
4.2.2. 5.2-ci bənddə “Elektron hökumət” portalında olan” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1644 (Cild I) ilə təsdiq edilmiş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.1-ci bəndin birinci cümləsində “Elektron hökumət portalı” sözləri “Elektron Hökumət İnformasiya Sistemi” sözləri ilə əvəz edilsin;
5.2. 4-cü hissənin birinci cümləsində “Elektron hökumət” portalına” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030 (Cild I); 2024, № 2, maddə 159; 2025, № 2, maddə 113) aşağıdakı dəyişikliklər edilsin:
6.1. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nın 5.2.1-ci yarımbəndində “Elektron hökumət” portalında olan” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən” sözləri ilə əvəz edilsin;
6.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”nın 9.1-ci bəndinin birinci abzasında “Elektron hökumət” portalında olan” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən” sözləri ilə əvəz edilsin;
6.3. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası”nın 5.1-ci bəndinin birinci abzasında “Elektron hökumət” portalında olan” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən” sözləri ilə əvəz edilsin.
7. “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2550 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) 4-cü hissəsində “Elektron Hökumət İnformasiya Sistemi, elektron xidmətlər göstərilməsinin isə “Elektron hökumət” portalı” sözləri “və elektron xidmətlər göstərilməsinin Elektron Hökumət İnformasiya Sistemi” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 448 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2605 (Cild I); 2024, № 6 (I kitab), maddə 654; 2025, № 1, maddə 21) ilə təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
8.1. 1-ci hissə üzrə:
8.1.1. 1.2.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“1.2.8. “Geoportal” – Elektron Hökumət İnformasiya Sisteminin (bundan sonra – EHİS) milli məkan məlumatlarının axtarılmasını, əldə edilməsini və xidmətlərin göstərilməsini təmin edən xidmət kanalı;”;
8.1.2. 1.5-ci bənddə “Elektron hökumət” portalının (bundan sonra – Portal) altsistemi olan Geoportalın” sözləri “Geoportal”ın” sözü ilə əvəz edilsin;
8.2. 3-cü hissə üzrə:
8.2.1. 3.1-ci bənddə “Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya və Portal” sözləri “EHİS” sözü ilə əvəz edilsin;
8.2.2. 3.4-cü bənddə “Elektron Hökumət İnformasiya Sisteminə” sözləri “EHİS-ə” sözü ilə əvəz edilsin;
8.2.3. 3.5-ci bəndin birinci və ikinci (hər iki halda) cümlələrində, 3.6-cı bənddə, 3.7-ci bəndin birinci və ikinci cümlələrində və 3.14-cü bənddə ismin müvafiq hallarında “Portal” sözü ismin müvafiq hallarında “EHİS” sözü ilə əvəz edilsin;
8.3. 4-cü hissə üzrə:
8.3.1. 4.1-ci bəndin birinci, ikinci cümlələrində və 4.2-ci bənddə ismin müvafiq hallarında “Elektron Hökumət informasiya sistemi” sözləri ismin müvafiq hallarında “EHİS” sözü ilə əvəz edilsin;
8.3.2. 4.3-cü bənddə, 4.4-cü bəndin ikinci cümləsində və 4.5-ci bəndin birinci cümləsində ismin müvafiq hallarında “Portal” sözü ismin müvafiq hallarında “EHİS” sözü ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli 681 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 833 (Cild I) ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə”nin 4.6.10-cu yarımbəndində və 6.10-cu bəndində “Elektron hökumət” portalındakı” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1139 (Cild I); 2025, № 3, maddə 227) ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bəndə “(o cümlədən nəzarət və tənzimləmə),” sözlərindən sonra “elektron hökumətin inkişafının təmin olunması, rəqəmsal hökumətə keçidin sürətləndirilməsi,” sözləri əlavə edilsin.
2. 2.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.5. Nazirliklə birgə elektron xidmətlər, habelə dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri barədə qiymətləndirmələr aparmaq;”.
3. 3-cü hissə üzrə:
3.1. 3.1.5-ci yarımbənddə “sahəsində” sözü “, habelə “elektron hökumət” sahələrində” sözləri ilə əvəz olunsun və həmin yarımbəndə ikinci halda “texnologiyaların” sözündən sonra “, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının” sözləri əlavə edilsin;
3.2. 3.1.6-cı yarımbəndə “texnologiyaların” sözündən sonra “, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının” sözləri əlavə edilsin;
3.3. 3.1.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.7. dövlət orqanlarının (qurumlarının) rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması üçün tədbirlər görmək, habelə informasiya təhlükəsizliyinin (kritik informasiya infrastrukturu istisna olmaqla) təmini ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək;”;
3.4. 3.1.8-ci yarımbəndə “inkişaf” sözündən sonra “, habelə “elektron hökumət” sözləri əlavə edilsin;
3.5. 3.1.9-cu yarımbəndə “etmək” sözündən sonra “, eləcə də yardımçı dövlət informasiya sistemlərinin siyahısının müəyyən olunması ilə bağlı Nazirliyə təkliflər vermək” sözləri əlavə edilsin;
3.6. 3.1.10-cu və 3.1.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“3.1.10. dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanından (qurumundan) sənədləri (texniki məlumatları) almaq;”;
“3.1.12. dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi proseslərində Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları”na uyğun olaraq iştirak etmək;”;
3.7. 3.1.14-cü yarımbənddə “sistemlərinin və ehtiyatlarının” sözləri “ehtiyatlarının və sistemlərinin” sözləri ilə əvəz edilsin;
3.8. 3.1.16-cı yarımbəndə “ehtiyatlarında” sözündən sonra “və sistemlərində” sözləri əlavə olunsun və həmin yarımbənddə “keçilməsilə” sözü “keçilməsi ilə, eləcə də “kağızsız hökumət”ə keçid və dövlət orqanlarında (qurumlarında) kağızdan istifadənin minimallaşdırılması ilə” sözləri ilə əvəz edilsin;
3.9. aşağıdakı məzmunda 3.1.16-1–3.1.16-19-cu və 3.2.3-1–3.2.3-5-ci yarımbəndlər əlavə edilsin:
“3.1.16-1. “elektron hökumət”in inkişafı, o cümlədən “elektron hökumət” layihəsinin həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsində iştirak etmək;
3.1.16-2. elektron xidmət təminatçısı, dövlət informasiya ehtiyatının və sisteminin sahibi və operatoru ilə birgə həmin informasiya ehtiyatından və sistemindən səmərəli və effektiv istifadə imkanlarının artırılması məqsədilə texniki və təkmilləşdirici tədbirlər görmək;
3.1.16-3. dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi, eləcə də elektron xidmətlər göstərilməsi ilə bağlı texniki tələblərə dair Nazirliyə təkliflər vermək;
3.1.16-4. “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nin və İnformasiya Mənbələrinin Reyestrinin aparılmasında iştirak etmək;
3.1.16-5. dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülməsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq iştirak etmək;
3.1.16-6. elektron xidmətlərlə, habelə dövlət informasiya ehtiyatları və sistemləri ilə bağlı dövlət orqanları (qurumları) tərəfindən təqdim olunan layihələrə onların texniki cəhətdən və səmərəlilik baxımından məqsədəuyğunluğu barədə rəy verilməsində iştirak etmək;
3.1.16-7. elektron xidmətlər, habelə dövlət informasiya ehtiyatı və sistemi onların yaradılmasına, həmçinin formalaşdırılmasına, genişləndirilməsinə, bölünməsinə və ya birləşdirilməsinə dair layihələrə uyğun olmadıqda, texniki normalara, standartlara və tələblərə cavab vermədikdə, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılması üçün Nazirliyə təkliflər vermək, dövlət orqanlarına (qurumlarına) əməli və metodiki kömək göstərmək;
3.1.16-8. dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsinin, habelə elektron xidmətlərin göstərilməsinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təşkilində iştirak etmək;
3.1.16-9. elektron xidmətlərin, eləcə də inteqrasiya olunan dövlət informasiya ehtiyatının və sisteminin təhlükəsiz, dayanıqlı və fasiləsiz fəaliyyətinin elektron xidmət təminatçısından, dövlət informasiya ehtiyatının və sisteminin sahibindən, operatorundan və iştirakçısından tələb edilməsi ilə bağlı Nazirliyə müraciət etmək;
3.1.16-10. inteqrasiya olunan dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru tərəfindən normativ hüquqi aktların tələbləri pozulduqda və ya dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya onlara zərər vura biləcək davranışlara yol verildikdə, məlumat mübadiləsinin bu nöqsanlar aradan qaldırılanadək dayandırılması məqsədilə Nazirlik qarşısında məsələ qaldırmaq;
3.1.16-11. informasiyanın ilkin mənbələrinin müəyyənləşdirilməsini, həmin mənbələrdən əldə edilməsini və istifadəsini təşkil etmək;
3.1.16-12. elektron xidmətlərin təşviqi məqsədilə əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər görmək;
3.1.16-13. operatoru olaraq müəyyən edildiyi dövlət informasiya ehtiyatlarının və sistemlərinin idarə olunması, fəaliyyətinin təmin edilməsi və təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək;
3.1.16-14. ölkə üzrə rəqəmsal inkişafın arxitekturasının (informasiya proseslərinin həyata keçirilməsini təmin edən informasiya ehtiyatlarının və sistemlərinin, informasiya-kommunikasiya şəbəkəsinin, rəqəmsal tətbiq və platformaların əlaqələndirilmiş formada layihələndirilməsi və fəaliyyətinin təmini) qurulmasını təmin etmək və rəqəmsallaşmanın həmin arxitekturaya uyğun həyata keçirilməsinə nəzarət olunmasında iştirak etmək;
3.1.16-15. dövlət xidmətlərinin həyata keçirilməsinin keyfiyyət standartlarına dair Nazirliyə təkliflər vermək;
3.1.16-16. rəqəmsal inkişafla və elektron hökumətlə bağlı görülən işlərə və həyata keçirilən tədbirlərə (o cümlədən dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılmasına və təkmilləşdirilməsinə, eləcə də elektron xidmətlərin təşkilinə və təkmilləşdirilməsinə) dair ildə iki dəfə Nazirliyə hesabat vermək;
3.1.16-17. biliklərə əsaslanan iqtisadiyyatın, o cümlədən sosial-iqtisadi fəaliyyətin yeni formalarının (e-ticarət, telesəhiyyə, teleiş və sair) inkişafı ilə bağlı Nazirlik və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə zəruri tədbirlər həyata keçirmək;
3.1.16-18. ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatını və onlardan istifadəni beynəlxalq normalara uyğun olaraq Nazirlik və digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə tənzimləmək;
3.1.16-19. dövlət orqanlarının (qurumlarının) elektron xidmətləri barədə vətəndaşlardan daxil olan irad və təklifləri təhlil edərək, aidiyyəti dövlət orqanlarına (qurumlarına) məlumat göndərmək;”;
“3.2.3-1. normativ hüquqi aktlarda müəyyən edilmiş hallarda dövlət orqanlarının (qurumlarının) malik olduqları informasiya ehtiyatlarına və sistemlərinə çıxış əldə etmək, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı müvafiq proqram təminatını hazırlamaq məqsədilə həmin orqanların (qurumların) xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək;
3.2.3-2. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı layihələrin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etmək;
3.2.3-3. dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət olunmasında və istismara qəbulunda Nazirliklə birlikdə iştirak etmək;
3.2.3-4. dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə yaradılmış infrastruktura qoşulmaları üçün dövlət orqanlarına (qurumlarına) təkliflər vermək;
3.2.3-5. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı dövlət orqanlarının (qurumlarının) təkliflərini toplamaq, onları təhlil etmək və rəy vermək;”;
3.10. 3.2.4-cü yarımbənddə “fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət informasiya sistemlərinin və ehtiyatlarının qiymətləndirilməsində və onların istismara qəbulunda” sözləri “dövlət orqanlarında (qurumlarında) elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmələr aparılmasında” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 30 avqust tarixli 189 nömrəli, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli, 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” 2002-ci il 24 avqust tarixli 769 nömrəli, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 11 iyun tarixli 908 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli, “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 11 iyun tarixli 728 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2022-ci il 15 dekabr tarixli 1905 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 539 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 19-1-ci hissə əlavə edilsin:
“19-1. Bu Əsasnamənin 2-ci, 8-ci, 10-cu, 17-ci və 19-cu hissələrində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
1.2. həmin Əsasnaməyə 1, 2 və 3 nömrəli əlavələrə aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
1-1. Fərdi identifikasiya nömrəniz
2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 489 (Cild I); 2024, № 5 (I kitab), maddə 511; 2025, № 6, maddə 552) ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın III hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.4-cü bəndin ikinci abzasına “anket göstəriciləri” sözlərindən sonra “və fərdi identifikasiya nömrəsi” sözləri, “atasının adı,” sözlərindən sonra “fərdi identifikasiya nömrəsi,” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:
“3.4-1. Bu Qaydaların 3.4-cü bəndində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
3. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 636 (Cild I) ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
3.1. aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:
“3.3-1. Bu Əsasnamənin 3.2-ci və 3.3-cü bəndlərində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
3.2. həmin Əsasnaməyə 1 və 2 nömrəli əlavələrə aşağıdakı məzmunda 1.1.1.3-1-ci abzas əlavə edilsin:
1.1.1.3-1. Fərdi identifikasiya nömrəsi
4. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1148 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyul tarixli 453 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2-ci hissə üzrə:
4.1.1. 2.4-cü bəndin ikinci cümləsinə “edilir” sözündən sonra “və bu barədə məlumatlar real vaxt rejimində Elektron Hökumət İnformasiya Sisteminə ötürülür” sözləri əlavə edilsin;
4.1.2. 2.7-ci bəndin ikinci cümləsinə “tərəfindən” sözündən sonra “Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə” sözləri əlavə edilsin;
4.1.3. 2.8-ci bəndə “vasitəsilə” sözündən sonra “Elektron Hökumət İnformasiya Sistemi üzərindən” sözləri əlavə edilsin;
4.1.4. 2.11-ci bəndin birinci cümləsinə “saytında” sözündən sonra “, xidmətin reqlamentində” sözləri əlavə edilsin;
4.1.5. aşağıdakı məzmunda 2.23-1-ci bənd əlavə edilsin:
“2.23-1. Bu Əsasnamənin 2.2-ci və 2.23-cü bəndlərində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
4.2. 3.3-cü bəndin ikinci cümləsinə “dəyişdirilir” sözündən sonra “və bu barədə məlumatlar real vaxt rejimində Elektron Hökumət İnformasiya Sisteminə ötürülür” sözləri əlavə edilsin.
5. “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2311 (Cild I); 2024, № 6 (I kitab), maddə 661; 2025, № 6, maddə 540) aşağıdakı dəyişikliklər edilsin:
5.1. həmin Fərmanla təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2-ci hissəsi üzrə:
5.1.1. 2.2-ci bəndin birinci abzasından “(müvafiq qurum özü bu Qaydanın 2.2.1–2.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlər barədə məlumatları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində nəzərdə tutulmuş qaydada əldə edə bildikdə həmin sənədlərin ərizəyə əlavə edilməsi tələb olunmur)” sözləri çıxarılsın;
5.1.2. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
5.1.3. 2.3-cü bəndin ikinci cümləsinə “edildikdə” sözündən sonra “(bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
5.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın 2-ci hissəsi üzrə:
5.2.1. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
5.2.2. 2.3-cü bəndin ikinci cümləsinə “edildikdə” sözündən sonra “(bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
6. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1020 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. həmin Fərmanla təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 9.1-ci bəndinin ikinci cümləsində “və atasının adı (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmaqla)” sözləri “, atasının adı və fərdi identifikasiya nömrəsi (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla)” sözləri ilə əvəz edilsin;
6.2. həmin Fərmanla təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 8.1-ci bəndinin ikinci cümləsində “və atasının adı (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmaqla)” sözləri “, atasının adı və fərdi identifikasiya nömrəsi (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla)” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 dekabr tarixli 1905 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1415 (Cild I); 2025, № 2, maddə 136) ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
7.1. 4-cü hissə üzrə:
7.1.1. 4.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4.3. Bu Əsasnamənin 4.2-ci bəndində qeyd olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
7.1.2. 4.5-ci bəndin birinci cümləsinə “edildikdə” sözündən sonra “(bu Əsasnamənin 4.3-cü bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
7.2. aşağıdakı məzmunda 6.1-1-ci bənd əlavə edilsin:
“6.1-1. Bu Əsasnamənin 6.1-ci bəndində qeyd olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.