Yuxarı

Pezeşkian Zəngəzur məsələsində Xameneiyə qarşı çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkian Zəngəzur məsələsində Xameneiyə qarşı çıxdı

İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Əli Xamenei və ətrafının “Tramp yolu” və ya Zəngəzur dəhlizi ilə bağlı sərt və mənfi reaksiyasını yumşaltmağa çalışır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni jurnalist Aram Şahnazaryan deyib.

Onun sözlərinə görə, Xamenei və İranın hərbi-siyasi rəhbərliyinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi sərt olaraq qalır:

“Pezeşkian və xarici işlər naziri Abbas Arakçı (İranın mühafizəkar dairələrində) təhlükənin şişirdilmiş olduğunu düşünür. Əslində, “Tramp yolu” elə Zəngəzur dəhlizi deməkdir. Pezeşkian bu məsələdə təmkinlidir və təhlükəni şişirdilmiş hesab edir”.

Şahnazaryan qeyd edib ki, Pezeşkian və komandası İsraillə 12 günlük müharibəyə baxmayaraq, ABŞ ilə problemlərin danışıqlar yolu ilə həllinin mümkünlüyünə inanır:

“Prezident və Arakçının ətrafında, eləcə də hökumətin digər qurumlarında çoxlu sayda azərbaycanpərəst ekspertlər var ki, onların mövqeyi birbaşa İran prezidentinin fikrinə təsir göstərir”.

Qeyd edək ki, Məsud Pezeşkian avqustun 10-da verdiyi açıqlamada Zəngəzur dəhlizi ilə bağlı vəziyyətin xəbərlərdə şişirdildiyi kimi olmadığını bildirib. İran prezidentinin sözlərinə görə, bu məsələdə Tehranın tələbləri qarşılanıb:

“Əsas odur ki, ərazi bütövlüyü, eləcə də Avropa və ya Şimala gedən yolumuzun bağlanmaması məsələləri nəzərə alınıb. Narahatlıq doğuran yeganə məsələ yolun ABŞ və Ermənistan şirkətləri tərəfindən tikilməsi ilə bağlıdır”.

Tarix
2025.08.12 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla