Yuxarı

Zəngəzur dəhlizinə ABŞ yox, bu ölkə nəzarət edəcək - Abramyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzur dəhlizinə ABŞ yox, bu ölkə nəzarət edəcək - Abramyan

Vaşinqtonda İrəvan və Bakının memorandum imzalanmasında Ankaranın mühüm rolu olub və gələcəkdə onun Zəngəzur dəhlizinin açılmasında iştirak dərəcəsi ABŞ-dən qat-qat yüksək olacaq.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni türkoloq Mger Abramyan deyib.

“Bu sənəddən ən çox razı qalan Türkiyədir. Belə desək, sənəd Türkiyənin istəklərinə uyğunlaşdırıldı və Ankara onun ABŞ-də imzalanmasını hər cür təşviq etdi. Əgər bu məsələyə Amerika tərəfindən hər cür şərait yaradılarsa, o zaman bu məsələyə aydınlıq gətiriləcək”, - ekspert bildirib.

Abramyan qeyd edib ki, dəhlizə Ankara nəzarət edəcək, çünki ABŞ və Türkiyə strateji müttəfiqdir və NATO-nun bir hissəsidir.

Analitik əlavə edib ki, NATO-nun son bəyanatları fonunda Türkiyənin regiondakı rolu artıb və ölkənin Avropanın təhlükəsizliyini təmin etməyə qadir olan Alyansın əsas dövlətlərindən biri kimi vurğulanır. Abramyanın iddiasına görə, regionda mövqeləri daha da güclənən Türkiyə Cənubi Qafqazda öz təsirini artırır, Rusiya və İranı sıxışdırır.

Abramyan Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmaların İrəvanla Ankara arasında münasibətlərin normallaşması üçün mühüm imkanlar açması barədə bəyanatını da şərh edib:

“Bəyannamənin imzalanmasının Türkiyə ilə münasibətlərin normallaşmasına gətirib çıxaracağı ilə bağlı bəyanat yalnız ondan irəli gəlir ki, Ermənistan hakimiyyəti Ankaranın bütün tələblərini yerinə yetirir və yerinə yetirəcək. Ankara bütün şərtləri yerinə yetirdikdə İrəvanla münasibətlərini normallaşdıracaq”.

Tarix
2025.08.12 / 10:51
Müəllif
Axar.az
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla